Kişilərə bu 10 hədiyyəni verməyin

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kişilərə bu 10 hədiyyəni verməyin

Kişilərə bu 10 hədiyyəni verməyin
Təraş üçün dəstlər

Hər kişi hər gün təraş üçün dəstlərdən istifadə edir. Çətin ki, onları hansısa lent bağlanmış təraş üçün köpük sevindirə bilər. Bir anlıq öz üzünüzün mimikasını şampun və ya diş fırçası hədiyyə alan vəziyyətdə təsəvvür edin. Onda başa düşəcəksiniz ki, kişilər belə hədiyyədən necə hiddətlənəcəklər.

Corab

Hər kişinin qarderobunda kifayət qədər corab var. Razılaşın ki, corab kişi hədiyyələrinin içərisində ən xoşagəlməz yerdə durur.

Suvenirlər

Bu tip hədiyyələrə qələmlər, foto çərçivələr, çaşkalar və digər əşyalar aiddir. Onlar rəfdə toz yığmaq üçündür. Belə hədiyyələr kolleqalarınız, tanışlarınız üçün münasibdir. Ancaq sevimli adamınınız üçün heç bir halda belə hədiyyələr almayın.

Qeyd dəftərçəsi

Bilin ki, həqiqən bu hədiyyə ona lazım deyil. Onun əvəzinə keyfiyyətli, əla dizaynlı dəri orqanayzer alsanız daha yaxşıdır.

Orijinal alt geyimləri

Bu hədiyyəni ümumiyyətlə almayın. Çünki o, uşaq deyil.

Qalstuk

Əgər o, sizə tam inanırsa və siz həmişə onunla birlikdə geyimlər seçirsinizsə, deməli siz onun şəxsi stilistisiniz. Qalstuku onsuz almayın. Böyük ehtimalla bu "dəbli mavi, yasəmən zolaqlı qalstuk" olacaq və sizin sevimli adamınızın diqqətini çəkməyəcək.

Şokolad

Bura həm də digər şirniyyat məhsulları aiddir. Əgər siz onu "dadlı" ərzaqla sevindirmək istəyirsinizsə, ona konyak alın.

Səyahət üçün bilet

Ola bilsin ki, çox çətinliklə əldə etdiyiniz bilet sizin illik büdcənizə zərər versin. Belə hallarda həftə sonu şəhər ətrafında piknikə getsəniz daha yaxşıdır.

Trenajor zalına üzvülük kartı

O, hətta idmançı olsa belə və daima idman zallarına baş vursa da, belə hədiyyə alan kişi elə başa düşəcək ki, onun bədən qurluşunda nə isə sizi qane etmir.

Ev heyvanları

Hər oğlan evdə xomyak, dovşan, pişik və ya balıq kimi yeni qonşuları sevmir. Ev heyvanlarına qulluq etmək heç də onun ürəyincə olmayacaq.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Saytda 149 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021