Kişilərə məsləhət: Heç vaxt bu qadınları əldən buraxmayın!

Kişilərə məsləhət: Heç vaxt bu qadınları əldən buraxmayın!


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kişilərə məsləhət: Heç vaxt bu qadınları əldən buraxmayın!

Kişilərə məsləhət: Heç vaxt bu qadınları əldən buraxmayın!
İstəlinən kişi yanında ideal qadınının olmasını arzulayır. Amma ideal qadın haqqında təsəvvürlər hər insana görə dəyişir.

Amerikalı yazıçı Pol Hadson kişini sözün əsl mənasında xoşbəxt etməyə qadir olan qadınların hansı keyfiyyətlərə malik olmaları barədə açıqlama verib. Bu məlumatı oxuyun! Bəlkə elə həmin ideal qadın yanınızdadır.

1. O, sizdən ağıllıdır

Hər kişi həyat yolunda özündən daha ağıllı qadının dəstəyinə ehtiyac duyur. Doğru deyiblər ki, hər güclü kişinin arxasında güclü qadın dayanır. Bu həqiqətən də belədir. Həyatınıza ağıllı qadınlar daxil edin.

2. O gözəldir

Əgər onu gözəl hesab edirsinizsə, ondan möhkəm yapışın. Gözəllik - insanın görmək istədikləridir, onu düzgün qiymətləndirməyi öyrənmək lazımdır.

3. O, mehriban və qayğıkeşdir

Yaxşı insanlar - mehriban insanlardır. Əgər o, mehriban deyilsə, ondan heç danışmağa dəyməz. Qadın üçün əsas keyfiyyətlərdən biri də onun qayğıkeş olmasıdır. Bəzi qadınlar heç uşaq da istəmirlər. Amma bütün qadınlarda analıq hissi var. Əgər bir gün gözəl ailə qurmaq istəyirsinizsə, mütləq uşaq istəyən qadınla evlənin.

4. O enerjilidir

Həyat günbəgün çətinləşir. Qadın da darıxdırıcı və monoton olur. Qadınlar yalnız kişini əyləndirmək üçün yaradılmayıblar. Bəlkə də əksinə. Amma enerjili və macəra axtarışına hazır olan qadınla siz özünüzü daha xoşbəxt hiss edəcəksiniz.

5. O sizi qəlbən sevir

Əlbəttə ki, bu ən vacib keyfiyyətdir. Əgər qadın sizi sevirsə, o bütün qəlbi ilə sizə vurğundur. Amma onların sevgisi kişilərin sevgisindən fərqlənir . Kişilərin sevgisi bir qədər xudpəsənddir. Qadınlar sevərkən özlərini bütünlükdə həmin insana həsr edə bilirlər. Əgər sizi həqiqətən sevən qadını tapmısınızsa, deməli bu dünyada ən böyük hədiyyəni əldə etmisiniz.

6. O, güzəştə gedə bilir

Hər iki cinsin nümayəndəsi inadkardır. Amma münasibətlər güzəştə getməyi tələb edir. Güzəştə gedən qadını tapmaq işin 50%-idir. Siz də güzəştə getməyi bacarmalısınız.

7.O, evdə duyğu yaradır

Sevmək –dünyada, evdə öz yerini tapmaq deməkdir. Əgər onun gözlərinə baxarkən siz qəlbinizin əksini görürsünüzə, deməli siz olmalı olduğunuz yerdəsiniz.

8.O sizin səhvlərinizi üzünüzə deməkdən qorxmur

Hər bir kişiyə onu mənasız şeylərdən uzaqlaşdıran qadın lazımdır. Kişilər ağılsızlıqlar etməyə meyllidirlər. Elə bir qadın tapın ki, sizin həyat yolunuzu izləsin, harda səhv etdiyinizi sizə bildirsin və siz lazım olan anda həyatınızı yaxşılığa doğru dəyişə biləsiniz.

9. O güclu olsada qadınlıq xüsusiyyətləri var

Hər kəsin qadınlar haqqında öz zövqü var, amma hər kişi onda olan gücü və qadınlığı dəyərləndirir. Güclü qadın hər kişiyəə lazım olan dostdur. Qadınlıq xüsusiyyəti isə - o qadındırsa bu xüsusiyyəti mütləq olmalıdır. Bu iki xüsusiyyət bir - birinin əksi deyil. Onlar birlikdə yaxşı uzlaşır: qadın öz dəyərini bilir və qadın olduğu üçün fəxr edir.

10. O, etiraslıdır

Həyat etirasla doludur. Amma bu həyatı tək yaşamaq mümkün deyil. Etiras iki canlı orqanizm arasında, iki fərd arasında yaranır. Ehtiras yolxucu olduğu üçün gözəldir. Bu dünyada ən arzu olunan patogendir.

11. O işgüzardır

Bəzi kişilər elə qadın axtarır ki, onlar ancaq evdə otursun. Bəzi qadınlar da elə evdə oturmağı arzulayırlar. Digər kişilər isə işgüzar qadınları sevirlər. Əgər qadın evdə oturmaq, yemək bişirmək, uşağa baxmaq istəyirsə bu birinci tip qadınlara aid edilir.

12. O sizin üçün hər şeydir

Hərdən biz bir insanı dəlicəsinə sevirik, amma bunun səbəbini bilmirik. Düzünü desək, bizə heç səbəb lazım deyil. Əgər siz bir qadını sevir və həyatınızı onsuz təsəvvür etmirsinizsə, onda onu əldən verməyin. Əgər o, sizin üçün çox şeydirsə, onda bunu başa düşüb qiymətləndirin. Bəziləri yanındakı insanı itirməyənədək onun qədrini bilmirlər.

Həmişə fikirləşirik ki, bizim ikinci şansımız olacaq. Ola bilsin ki, biz yenə birləşə bilərik. Ola bilər. Amma əksi də ola bilər. Siz onu həmişəlik itirə və uzun illər həyatınızdakı ən vacib və dəyərli varlığı itirdiyiniz üçün təəssüflənə bilərsiniz. Ona görə də risk etməyin!

Dostlarınla Paylaş

Saytda 262 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024