Kişilərin dilinə gətirib demək istəmədikləri həqiqətlər | Tatli.Biz
Kişilərin dilinə gətirib demək istəmədikləri həqiqətlər
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kişilərin dilinə gətirib demək istəmədikləri həqiqətlər

Kişilərin dilinə gətirib demək istəmədikləri həqiqətlər
Kişilərin dilinə gətirib demək istəmədikləri həqiqətlər

Psixoloq Andra Broş isə kişilərin duyğularından xəbərdar olmaq və onları yaxından tanımaq üçün onların hərəkətlərini izləməyin kifayət etdiyini deyir.Kişilərin dilinə gətirə biımədiyi cümlələri təqdim edirik:

Kişilərin duyğularını qadınlar kimi rahat ifadə edə bilmədiyini bilirik. Onlar duyğularını ifadə etmək yerinə səssiz qalmağa üstünlük verirlər.

1. Bəli, o qadına baxırdım. Kişilərin beyni yeni şeyləri qadınlardan daha tez dərk edir. Getdiyiniz məkanda sizdən daha gənc bir qadına baxması, onu sizdən üstün tutduğunu göstərmir. Sizinlə evlənib, sizinlə yaşayır, sizinlə əl-ələ tutur və sizi sevdiyini deyirsə, narahat olmağa heç bir əsas yoxdur.

2. Güclü və qəhrəmanın olduğunu hiss etdirməyə ehtiyacım var. Həyat yoldaşınız sizin onu gücsüz və bacarıqsız hesab etdiyini düşünə bilər. Məsuliyyətinin çoxunu öz üzərinizə götürmüş və ona söz deməyə imkan vermirsinizsə, bunun baş verməsi təəccüblü deyil. Ona öz məsuliyyətini dərk etməyə və öhdəsindən gəlməyə kömək etməlisiniz.

3. Hamısı mənə eyni cür görünür. Kişilərdən soruşduğunuz "Həyatım səncə, bu geyim mənə yaraşır?" sualının cavabı düşündüyün kimi obyektiv deyil. Kişilər üçün geyimdən çox onu hansı qadının geyindiyi daha əhəmiyyətlidir. Sizi sevir və heyranlıqla baxırsa, üzərindəki geyim onlar üçün o qədər də maraqlı deyil. Üstəlik, zövqünə güvəndiyi qadının nə geyindiyinin heç bir fərqi yoxdur.

4. Bütün çirkli işləri mən görmək istəmirəm! Evlilikdə qadınların və kişilərin üzərinə düşən vəzifələri olur. Ancaq o, sırf kişidir deyə, bütün işləri ona gördürmək düzgün deyil. O sizə süfrəni təmizləməyə kömək etdiyi kimi, siz də ağır işlərdə bacardığınız köməyi əsirgəməyin.

5. Maddi yükü çəkə bilmirəm... Kişi olduğu üçün evi saxlamaq məcburiyyətində olduğunu hiss etdirməyin. Artıq qadınlar da həyat yoldaşına maddi yardım edir və karyera sahibi olur. Bir-birinə dəstək olub işləyirlər. Nə qədər qazandığının heç bir əhəmiyyəti yoxdur. Dəstək vermək üçün həvəs göstərmək kifayət edir.

6. Bəzən həqiqətən də səsini eşitmək istəmirəm! Bu, sizi sevmədiyi və sizə dözə bilmədiyi demək deyil. Kişilərin çox danışan qadını xoşlamadığı və hərdən tək qalmaq arzusunu anlayışla qarşılanmalıdır. Belə anlarda küsmək yersizdir. Onu öz düşüncələri ilə baş-başa buraxın...

7. Sakitlik üçün yalan dedim. Kişilər həyat yoldaşlarının reaksiyasından qorxduğu üçün kiçik yalanlara əl atırlar. Yalanı pis niyyətlə deyil, qanqaraçılıq olmaması üçün söyləyirlər. Hər şeyi tənqid edən və qışqırıb-bağıran qadın olsanız, bu yalanların artacağından əmin olun.

8. Özünə daha çox baxmalısan... Baxımlı qadınla görüşmək hər kişinin xoşuna gəlir, həm də qürur duyur. Hər nə qədər qısqanc olsa da, ətrafdakıların onun qadınına heyranlıqla baxmasından qürur duyacaq. Sizə açıq şəkildə deməsə də, hər zaman baxımlı olun.

Dostlarınla Paylaş

Saytda 114 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022