Kişilərin diqqətini nə cəlb edir?

Kişilərin diqqətini nə cəlb edir?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kişilərin diqqətini nə cəlb edir?

Kişilərin diqqətini nə cəlb edir?
Lap qədim zamanlardan bir çox xalqlar belə hesab ediblər ki, cütlüklər arasında əsas rol kişiyə məxsusdur. Kişi axtarır, seçir, qadın isə istənilən işə sevinməli və razı olmalıdır. Müasir həyatımızda demək olar ki, bu adət-ənənə öz aktuallığını itirib.

Bəs hazırda kişilərin diqqətini nə cəlb edir?

Birincisi, əgər xasiyətiniz elə olsa da çox ciddi və qaşqabaqlı olmaq lazım deyil, heç olmasa bir müddət dəyişməyə çalışın.

Kişilər şən, söhbətcil xanımlarla tanış olmağı sevirlər, sərt və çox ciddi qadınlardan qaçmağa çalışırlar.

İkincisi, tamamilə sakit və rahat olmağa çalışın. Əgər əsəbləşsəniz yəqin ki, hər hansı bir ağılsızlıq edəcəksiniz ki, bu da sizin xeyrinizə olmayacaq. Unutmayın ki, rahatlanmaq üçün bir neçə dəqiqə etdiyiniz banal tənəffüs gimnastikası köməyinizə gələ bilər.

Üçüncüsü, "başdan yuxarı getməyə", yəni ağıllı olsanız da özünüzü ağıllı göstərməyə çalışmayın. Özündən ağıllı qadını çox az kişi xoşlayır. Yenidən özünüzü intelektual göstərməyə çalışmayın, çünki belə halda bu heç də lazım deyil.
Necə varsınızsa, eləcə də görünməyə çalışın. Bir daha "təəssürat yaratmaq" ümidi ilə artıq hərəkətlərə yol verməyin.

Sonra: Kiminlə çıxdığınıza fikir verin, oturuşunuza, duruşunuza nəzarət edin.

Kişilər üçün düz, qəşəng yeriyən qadınlara baxmaq, belini bükən və yazıq görünən qadınlara baxmaqdan daha xoşdur.Ola bilsin ki, kişilər belə qadını yazıqları gəldiyi üçün əzizləmək istəsinlər, amma burada belə şans çox azdır.

Növbəti faktor – sizin kişiyə olan baxışınızdır.

Burada da əks təsirə məruz qalmamaq üçün həddi aşmamaq, kişini gözləri ilə yeməmək lazımdır. Ona mülayim və təvazökarcasına baxın.

Xüsusilə yadda saxlayın ki, kişinin əllərinə zərif toxunmaq onlara çox möhkəm təsir edir.

Həmişə yaxşı görünməyə çalışan. Yalnız hara isə gedəndə yox, evdə, işdə, mağazaya çörək almağa düşəndə və s.
Siz hər zaman valehedici və gözəl olmalısınız. Çünki heç zaman bilmirsiniz ki, həyatın sizə bəxş edəcəyi kişi ilə nə zaman qarşılaşacaqsınız. Həmişə hazır vəziyyətdə olun.

Kişilərlə danışdıqda, mübahisə etdikdə haqlı olsanız belə çox sərt və kobud davranmayın. Öz düşüncələrinizi sakit şəkildə çatdırmağa çalışın.
Öz dəyərlərinə və baxışlarına sahib olmaq əlbəttə ki, yaxşı işdir. Amma bunu kişilərə zorla qəbul etdirməyə çalışmayın. Çalışın ki, mübahisə etməyəsiniz. Kişilərə sözlərini deməyə imkan verin, onları dinləyin.

Son danışıqda imkan daxilində söhbətə nöqtə qoymamağa çalışın, ola bilsin ki, o sizi yenidən görmək istəsin!

Dostlarınla Paylaş

Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024