Kişilərin qəlbinə yol tapmağın üsulları

Kişilərin qəlbinə yol tapmağın üsulları


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kişilərin qəlbinə yol tapmağın üsulları

Kişilərin qəlbinə yol tapmağın üsulları
Kişilərin qəlbinə yol tapmağın üsulları

Kişilər çox zaman qadınlara qayğı göstərməyə daha çox üstünlük versələr də, bəzən bunun əksini də istəyirlər. Sadəcə bunu büruzə vermirlər.Hərçənd qadını ələ almaq üçün 1 dəstə gül, bahalı parfüm firmasından bir ətir, yaxud da yumşaq oyuncaqla qadının ürəyinə daha tez yol tapmaq olursa, kişilərdə bu heç də asan deyil. Sizə bəzi məsləhətər verəcəyik, ümid edirəm ki, faydalı olar:

1. Fiziki hərəkətlərlə diqqətini cəlb edin – fərqi yoxdur siz nə edirsiz: masa arxasında əyləşəndə ayaqlarınız onun ayaqlarına qəsdən toxunur, yaxud da əlinizi sadəcə onun çiyninə qoyursuz. Bu halda hər bir kişi qadının incə toxunuşundan rahat olur, psixi gərginliyi aradan qalxır. Bu kişilərin lüğətində – "Mən səni qəbul edirəm… Mən səni sevirəm… Biz bir komandayıq" kimi fikirlərlə üst-üstə düşür.

2. Heç bir qadağa qoymadan dostları ilə maraqlı bir gecə keçirməsini təşkil edin. Sizə qəribə də gələ bilər ki, bu komandada romantika yoxdur, yaxud siz diqqətdən kənarsız. Təbiətdə qəribə qayda var: it-it üçün, canavar isə canavar üçün. İnsan da nə qədər səs-küylü məclisdə olsa belə, öz sevdiyi üçün, bu gecəni təşkil edən üçün darıxacaq və nəzərində ona olan hörmətə eynilə cavab verəcək.

3. Ona necə də güclü olduğunu xatırladın – Kişilər heç zaman özlərini tərifləməyi sevmirlər, ələlxüsus da qadın qarşısında güclü olduqlarını heç zaman dilə gətirmirlər. Amma bu o demək deyil ki, kişilər tərifi, malik və qadir olduqları barəsində kimdənsə tərifə etiraz edirlər, əksinə, bunu xoşlayırlar. Onların hamısı qəhrəman olmağa can atırlar. Bu işdə onlara stimul da verə bilərsiz.

4. Onun üçün geyim tərzinizi dəyişin – Əgər siz "Nə zaman nə istəyirəmsə, onu geyinirəm"-deyə fikirləşirsinizsə, sadəcə 1 neçə gün dəyişiklik edin və sadəcə onun sevdiyi stildə, onun sizə bağışladığı hədiyyələrdən birini geyinin. Alış-verişə onunla çıxın, bu dəfə o sizin üçün geyim seçsin, onun seçimi ilə tam razılaşın. Bu zaman yadda saxlayın ki, siz bunu özünüz üçün yox, Onun üçün edirsiniz. Belə olacağı təqdirdə, siz Onun kiçik fantaziyalı dünyasının tək sakini olacaqsınız. Hərçənd təbiətcə kişilər daha çətin bir sxemdə proqramlaşdırılıb, siz bu sxemi sadələşdirin.

5. Ona hansısa bir məkanda istirahət etməsi üçün bilet bağışlayın – əvəzində nə istəyirsiz? Şənbə günü SPA salonunda massaj, yoxsa mətbəx üçün ləvazimat? çoxlarınız SPA salonunu seçəcəklər. Yadda saxlamaq lazımdır ki, kişi hədiyyə alan zaman mütləq hədiyyəni qaytarmağa meyl etmir. O, sadəcə xatırlandığında və qayğı gördükdə 2 qat əvəzini çıxmağaçalışır.

6. Evdənkənar həyatı ilə maraqlanın – biz elə bir cəmiyyətdə yaşayırıq ki, evdəki işlərdən fərqli olaraq evdən kənarda olduqda belə başqa insanların əhatəsinə düşürük. Əgər o sizə hər şeyi danışmırsa, deməli qaranlıq məqamlar da var, yaxud o sizə demək istəmir. Bununla özünüz maraqlanın. Misal üçün iş yerinə gözlənilməz sürpriziniz və naharı bir yerdə etmək dəvəti, yaxud da işdən sonra iş yoldaşları ilə birgə evə dəvət onun ürəyincə olacaq. Siz onu yenidən kəşf edəcəksiniz.

7. Ona hər hansısa bir sirrinizi açın – kişilər dostluğa hər zaman hazırdırlar. Əgər siz ona sirrinizi açırsınızsa, onu ürəyinizə daha da yaxın buraxmağa çalışın. Ona inandığınızı və etibar etdiyinizi sübut edin. Cavab olaraq siz də onun sirrini artıq biləcəksiz.
Bəyəndim

Dostlarınla Paylaş

Saytda 231 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024