Kişini qadından soyudan və ayrılığa səbəb olan xüsusiyyətlər

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kişini qadından soyudan və ayrılığa səbəb olan xüsusiyyətlər

Kişini qadından soyudan və ayrılığa səbəb olan xüsusiyyətlər
Kişini qadından soyudan və ayrılığa səbəb olan xüsusiyyətlər

Həyatındakı qadından soyuyan və ondan ayrılamğı düşünən kişilərin ortaq xüsusiyyətlərini sizlər üçün araşdırmışıq.

Sevgilinizin və ya həyat yoldaşınızın son zamanlardakı davranışlarına bir məna verə bilmirsinizsə, bu onun sizdən soyuduğunu göstərə bilər. Bəlkə də partnyorunuz sizə ayrılıq siqnalları göndərir.

Bəs, bunu necə anlamaq olar?

1.Kişilər dostlarıyla vaxt keçirməyi xoşlayır. Ancaq həyat yoldaşınızın və ya sevgilinizin dostları azadlıqlarına düşkün insandırlarsa, ciddi münasibətləri yoxdursa, diqqətli olun. Çünki sevdiyiniz şəxs onların həyat tərzinə meyl edə bilər. Partnyorunuz belə dostlarıyla son zamanlarda daha çox görüşməyə başlayıbsa, deməli, yaxın vaxtlarda sizdən ayrılacaq.

2.Son vaxtlar sizi tənqid edirsə, deməli, şübhələnməyə dəyər. Xarekterinizdən tutmuş, fiziki xüsusiyyətlərinizə qədər, demək olar ki, sizinlə bağlı hər şeydən şikayət edirsə, deməli, yaxın vaxtlarda sizdən ayrılmağı düşünür.

3. Kişilər bir qadını sevəndə başqalaırnın fikirlərinə əhəmiyyət verməzlər. Lakin son zamanlarda ailəsindən, dostlarından sizinlə bağlı eşitdiklərini çox ciddi qəbul edirsə, başqalaırnın təsirinə düşürsə, deməli, sizinlə bağlı duyğuları əvvəlki kimi deyil.

4. Adətən, sizinlə vaxt keçirməyi xoşlayan və həmişə sizinlə olmaq üçün planlar quran, yeməklər təşkil edən kişi artıq görüşməmək üçün bəhanələr axtarırsa, sizə az vaxt ayırırsa, deməli, ortada problem var. Kişilər ayrılmağı düşündükləri qadından tədricən uzaqlaşırlar. Bu uzaqlaşma prosesi ilk növbədə daha az vaxt keçirməklə başlayır.

5. Hər kiçik söhbəti mübahisəyə çevirirsə, dava salmağa meyillidirsə, deməli, ayrılıq yaxındır.

Sonda onu da qeyd edək ki, belə vəziyyətlə üzləşdikdə deprerssiyaya düşməyin. Çünki bu qısa həyatda heç kimə görə üzülməyə dəyməz. Sizə dəyər verməyən və sevməyən biri ilə həyatınızı məhv etməyin və ondan öncə addım atın. Tərk edilmədən öncə tərk edin.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Hamilelik ve analıq, Hamiləliyə hazırlıq, Hamiləlik təqvimi, Doğum hekayələri, Doğumdan sonra, Korpə və ona qulluq, Uşaqlar və tərbiyə, Valideynlərə məsləhət, Ana və uşağın ev məktəbi, Metbex, Salatlar və qəlyanaltılar, Duru yeməklər, Quru yeməklər, Duzlu xəmir işləri, Şirin xəmir işləri, Tortlar, Pecenyelər, Kompot, kokteyl, dondurma, Konservləşdirilmiş məhsullar, Uşaq yeməkləri, Şef master, Muxtəlif, Heyat terzi, Səyahət, Hobbi, Evim - İnteryer, Edəbi guşə, Adət-ənənələr, Praktiki məsləhətlər, Mutləq bilməlisiniz, Avtomobil, Yuxuyozmalar, Ordan-burdan, Muxtəlif

Saytda 182 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021