![]() |
Tatli.Biz Əyləncə Portalı |
![]() ![]() ![]() |
2. Pis əxlaq.
Tünd və kobid xasiyyətli insanlar özləri də bilmədən başqalarına əziyyət verərlər. Onların çoxu pis insanlar deyildir. Başqalarına əziyyət verməyi sevməzlər. Ancaq acı dilləri və səbirsizlikləri səbəb olar ki, başqaları ondan incisin. Bu cür insanlar öz ailə üzvlərinə də əziyyət verər və həyatlarını cəhənnəmə çevirərlər. Bir nəfər İmam Rzanın (ə) yanına gəlir və qızına qohumlarından birinin elçi gəldiyini bildirir. Ancaq bu oğlanın xasiyyəti tünd və kobuddur. İmam (ə) ona buyurur: "Qızını ona ərə vermə".
3. Simiclik.
Mömin öz həyatını Allahın verdikləri ilə tənzim edər. Əgər Allah ona ruzi verərsə, o, da həyatını genişləndirər. Simic insan isə özündən başqasına pul xərcləməyi sevməz və özündən başqasını görməz. Bu cür insan həm özünü və həm də başqalarını pis vəziyyətdə qoyar. Bu cür insan ailə üzvlərinin gündəlik xərclərini verməkdən belə çəkinər və onları çətin vəziyyətdə qoyar. Çox az insan simic bir kişi ilə yaşamağa dözə bilər. Ərinə olan sevgisi azalar. Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında ən mənfur insan o kəsdir ki, ailəsinə simiclik edər".
4. Tədbirsizlik.
Təzə ailə qurmuş gənclər öz peşələrində sabit olmadıqları üçün mənzil tapmaq, məişət xərcləri və övladının xərclərini təmin etmək onlar üçün çətin olar. Başqa bir tərəfdən isə təzə ailə qurmuş qadın istəyir ki, əri onunla daha çox vaxt keçirtsin. Başqa bir tərəfdən dini, ictmai məsuliyyətləri olar. Belə bir şəraitdə ancaq aqilcəsinə bir müdiriyyət nəticəsində ailəni çətin vəziyyətdən çıxartmaq olar. Bu məsələyə kişi baxdığı üçün, onun məsuliyyəti daha çox olar. Və əgər bu vəzifəsini düzgün yerinə yetirməzsə, ailənin dağılma şansı daha çox olar. İmam Əli (ə) buyurur: "Həyatın bəlası - tədbirsizlikdir".
5. Müxtəliflik axtarmaq.
Bəzi kişilər bir qadınla ailə qurandan sonra ondan sıxılır və müxtəliflik axtarırlar. Bu zaman kişi dinindən sui-istifadə etmiş olar. Heç bir səbəbi olmadan arvadına təlaq verər. Bu iş Allah yanında ən mənfur əməldir. İmam Baqir (ə) buyurur: "Allah çox təlaq edən və müxtəliflik axtaran kişilərə nifrət edər".
6. Yersiz qeyrət göstərmək.
İslam dini hər bir müsəlman kişinin qeyrətli olmasını imanından bilir. Ancaq hər bir şeydə ifrat etməyi sevmədiyi kimi, qeyrət hissində də həddini aşmağı və yersiz yerə qısqanclıq göstərməyi bəyənmir. Çünki bu hal ailəni cəhənnəmə çevirər və dağılmasına səbəb olar. İmam Əli (ə) buyurur: "Qadınlara qarşı yersiz qeyrət göstərməkdən çəkinin ki, o sağlam bir qadını yanlış tərəfə çəkər və iffətlini günah düşüncələrinə". (Tebyan)
Allah Təala cəmi kişilərə bu amili dərk etmək tofiqatını nəsib etsin.