Kişinin həyat yoldaşına diqqət etməsinə islami yanaşma

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kişinin həyat yoldaşına diqqət etməsinə islami yanaşma

Kişinin həyat yoldaşına diqqət etməsinə islami yanaşma
Kişinin həyat yoldaşına diqqət etməsinə islami yanaşma

İslam dininin nəzərinə görə qadının ailədəki dəyəri o qədər böyükdür ki, kişinin həyatına rahatlıq bəxş edən ən böyük amil hesab edilir. Evli bir insanın iki rükət namazı subay insanın çoxlu namazından üstündür.

Ərlə arvadın bir-birinin üzərində haqqı vardır. Allah Təala qadınları kişilərin və kişiləri də qadınların libası qərar vermişdir. Kişinin həyat yoldaşına diqqət etməsi o məsələlərdəndir ki, İslam dini ona böyük əhəmiyyət verir.

İmam Sadiq (ə) buyurur: "Atam bir kişidən soruşdu: "Həyat yoldaşın var?". Dedi: "Yox". Atam buyurdu: "Mənim üçün xoş deyildir ki, dünya və onda olan bütün hər şey mənim üçün olsun, ancaq gecəni həyat yoldaşım olmadan başa vurum". Sonra buyurdu: "Evli bir insanın qıldığı iki rükət namaz gecəni ibadətdə və gündüzləri oruc halda keçirən subay insanın ibadətindən daha üstündür". Sonra atam ona 7 qızıl sikkə verir və buyurur: "Bu pulla evlən".

Həzrət Peyğəmbər (s) buyurur: "Mömini məşğul edən bir bir əməl batildir. Üç şeydən başqa: atı böyütmək, ox atmaq və həyat yoldaşı ilə zarahat etmək kimi".

Libas insanı soyuqdan, istidən və hər cür təbii zədədən qoruyur. İnsanı zinətləndirir və ona rahatlıq bəxş edir. Ərlə arvad da bir-birinə qarşı belədirlər. Bir şərtlə ki, həyatlarında dostluq və mehribanlıq hakim olsun.

Sübhan Allah buyurur: "Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

"Onlarla yaxşı rəftar edin". ("Nisa" 19).

"Qadınlara talaq verdiyiniz və onlar iddələrinin sonuna yaxınlaşan zaman, (ya yenidən qayıdın və) onları yaxşılıq və xoşluqla saxlayın, ya da (qayıtmayaraq) onları yaxşılıq və xoşluqla buraxın. Onları əsla incitmək və ziyan vurmaq üçün saxlamayın ki, zülm etmiş olasınız. Belə edən kəs şübhəsiz özünə zülm etmişdir". ("Bəqərə" 231).

"Onlara öz malınızdan bir pay verməli və onları öz malınızdan bəyənilən şəkildə bəhrələndirməlisiniz, dövlətli öz imkanı qədər və kasıb öz imkanı qədər". ("Bəqərə" 236).

Ailə kiçik bir cəmiyyətdir və bu cəmiyyətin təməlini kişi ilə qadın qoyar. Əgər kişi ilə qadın arasında dostluq, ülfət və mehribanlıq olarsa, bir-birinə qarşılıqlı ehtiram göstərərlərsə, bir-birinin həqiqi libası olar və bir-birinə rahatlıq və güvən bəxş edərlər.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Saytda 88 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021