Kofenin ana bətnindəki uşağa təsiri açıqlandı

Kofenin ana bətnindəki uşağa təsiri açıqlandı


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Kofenin ana bətnindəki uşağa təsiri açıqlandı

Kofenin ana bətnindəki uşağa təsiri açıqlandı
Ana və uşağın sağlamlığı ilə bağlı araşdırma...

Qəhvə içən hamilə qadınlar çəkisi az və bədən ölçüsü kiçik olan uşaqlar dünyaya gətirirlər.

Qeyd olunub ki, hamilə qadınlar kafeinli içkilərin qəbulunu dayandırmalıdırlar. Belə ki, elm adamları hamiləliyin səkkizinci-on üçüncü həftələrində olan iki mindən çox qadının məlumatlarını təhlil ediblər.

Onlar sağlam olub və siqaret çəkməyiblər. 10 ilə 13 həftə arasında olan hamilə qadınların qanında kofein və paraksantinin tərkibini müəyyən etmək üçün nümunələr götürülüb. Məlum olub ki, gündə təxminən 50 milliqram kofein istehlak edən qadınların (yarım fincan qəhvəyə bərabər - Red) körpələri normadan 66 qram daha yüngüldür .

Beləliklə, elm adamlarına görə kofein plasentada qan damarlarının daralmasına səbəb olur ki, bu da döldə qan dövranını azalda və böyüməsini ləngidə bilər.

Bundan əlavə, tədqiqatçılar hesab edir ki, bu maddə uşaqdakı stres hormonlarının işini poza, doğuşdan sonra sürətli kökəlməni və piylənmə riskini artıra bilər.

Dostlarınla Paylaş

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024