Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Körpə bəslənməsindəki ən əhəmiyyətli faktorlar nələrdir?
Körpə bəslənməsindəki ən əhəmiyyətli faktorlar nələrdir?
0 - 1 yaş arasındakı körpələr üçün bəslənmə iki əhəmiyyətli dövrə ayrılır: 0 - 6 ay və 6 - 12 ay. Körpə ilk 6 ay yalnız "möcüzəvi qida" ana südü ilə qidalanmalıdır. Ana südü körpəni xəstəliklərə qarşı qoruyur və körpənin ruhi, zehni və fiziki inkişafına köməkçi olur.
Nə üçün analar uşaqlarını əmizdirmir?
Analarda "südü kifayət qədər deyil, südümle doymur" kimi narahatlıqlar ola bilər. Əmizdirmə ana südünün miqdarını artırır. Körpəniz ilk 20 gündə 500 qram, 6 aya qədər hər ay 800 qram və 6 aydan sonra hər ay 600 qram həcmində qidalanırsa, deməli, südünüz kifayət qədərdir. Belə vəziyyətdə ona əlavə qida verməyinizə ehtiyac yoxdur.
6-12 ay arası körpənin fərqli qidalarla tanış olduğu bir dövrdür. İlk 6 ay körpənin enerji ehtiyacının hamısı ana südündən qarşılanarkən 6-cı aydan etibarən bu nisbət yüzdə 70 və sonrakı aylarda yüzdə 40-a qədər düşə bilər. Bu səbəbdən vaxtında ana südünə əlavə olaraq digər qidalar verməyə başlamaq körpənin böyümə və inkişafı üçün vacibdir.
Gluten (buğda proteini)kimi qidalar 6 aydan əvvəl verilməməlidir. Belə qidaların körpəyə 6-cı aydan sonra verilməsi uyğundur. İnək südü uşağa bir yaşına qədər verilməməlidir.