Körpədə qida allergiyası və onun əlamətləri

Körpədə qida allergiyası və onun əlamətləri


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Körpədə qida allergiyası və onun əlamətləri

Körpədə qida allergiyası və onun əlamətləri
Körpədə qida allergiyası və onun əlamətləri

Körpədə qidaya qarşı allergiyalar
Xoşbəxtlikdən, bir çox körpələrdə qidaya qarşı allergiyalar 9 yaşına qədər ötüb keçir. Körpə allergiyaları demək olar ki, eynidirlər və uşaqların təxminən 8%-nə təsir edirlər. Ciddi allergik təsirlər, xoşbəxtlikdən, nadir olur. Bu da körpədə sadəcə narahatçılığa səbəb olur. Bəzi valideynlər körpələrində qida allergiyası olduğunu düşünə bilərlər. Lakin, əslində bu dözümsüzlükdür. Məsələn, südə qarşı allergiya immun sistemin həddindən artıq əks-təsirinə səbəb olur. Dözümsüzlük isə sadəcə südü həzm edə bilməmə qabiliyyətidir. Bu bölmə körpələrdə qida allergiyalarının əlamətləri haqqında bəhs edəcək və körpənizin qida allergiyasına əks-təsirdən əziyyət çəkdiyi halda nə edə biləcəyiniz haqqında məsləhət verəcək.
Körpəmdə allergiyanın olub-olmaması haqqında necə bilə bilərəm?
Əlavə qidaya keçdiyiniz zaman körpənizin hansı yeməkləri xoşlayıb, hansıları xoşlamadığını şübhəsiz görə biləcəksiniz. Lakin, allergiyanın və ya dözümsüzlüyün hər hansı bir əlamətini axtarmaq vacibdir. Ən yaxşısı hərdən körpənizə ən problemli yeməkləri verməkdir. Bununla siz onun reaksiyasını izləyə biləcəksiniz.

Əlavə qidaya keçidə başladığınız zaman, yaxşı olardı ki, düyü, alma və armud kimi allergiyaya səbəb olmayan körpə yeməkləri ilə körpənizi qidalandırasınız. Siz daha sonra, təxminən 6 aylığında, daha allergik qidalar verə bilərsiniz. Ana südü ilə qidalandırma ilə birgə bu ideal üsuldur. Allergiyalar körpələrdə böyüklərdən daha çox rast gəlinir, lakin erkən uşaqlıq dövründə onların yalnız 7-8%-nə təsir edir. İnək südünə qarşı allergiya kimi bir çox allergiyalar körpə böyüdükcə ötüb keçəcək.

Körpələrdə qida allergiyalarının əlamətləri
Qeyd olunmalıdır ki, allergiya dözümsüzlükdən fərqlidir. Allergiya immun sistemin həddindən artıq reaksiya göstərməsidir. Dözümsüzlük isə, məsələn laktozaya qarşı olduğu kimi, bədənin fiziki olaraq laktozanı həzm edə bilmədiyi zaman baş verir. Qida allergiyasının ən çox rast gəlinən əlamətləri aşağıdakılardır:

Gözlərin və dodaqların şişməsi
İslah, qusma, və bəzən qəbz
Xırıltı, burun axıntısı, qırmızı gözlər və asqırma
Qaşınma, səpgi və ekzema

Tənəffüs çətinliyi və qan təzyiqinin aşağı düşməsi anafilaksiyanın əlamətləri ola bilər. Bu halda dərhal tibbi yardıma ehtiyac var, lakin, xoşbəxtlikdən, bu cür allergik reaksiya halları nadir olur.

Allergiyaya səbəb olan qidalar
Bəzi qidalar digərlərindən artıq allergiyaya səbəb olur. Bu qidalara aşağıdakılar daxildir:

Buğda tərkibli qidalar və tərkibində qlüten olan digər qidalar
İnək südü
Yumurta
Balıq və molyusk
Yer fındığı
Cevizlər
Dənlilər

Əgər körpənizdə qida allergiyası olmasından narahatsınızsa, yuxarıda göstərilən qidaların bir dəfə və az miqdarda onlara verilməsi yaxşı fikirdir. Lakin bütün bu qidalar onlara 6 aylıq yaşından tez verilməməlidir.

Yer fındığına qarşı allergiya
Əgər körpənizə artıq , qida allergiyası və ya ekzema kimi allergiya diaqnozu qoyulubsa, və ya əgər ailə üzvlərində əvvəlcədən allergiya varsa, körpənizdə yer fındığına qarşı allergiyanın olmasının ehtimalı böyükdür. Körpənizə ilk dəfə yer fındığı və ya tərkibində yer fındığı olan qidalar verməzdən əvvəl Həkiminizlə məsləhətləşin.
Əgər körpənizə heç bir allergiya diaqnozu qoyulmayıbsa və ya ailə üzvlərində əvvəlcədən allergiya yoxdursa, körpənizə 6 ayı tamam olduqdan sonra yer fındığı və ya tərkibində yer fındığı olan qidalar verə bilərsiniz. Lakin, onları əzməyi unutmayın - beş yaşından aşağı uşaqlara heç vax yer fındığı və ya cövüzləri bütöv vermək olmaz, çünki onlardan boğulma təhlükəsi var.

Körpənizə ilk dəfə yer fındığı verərkən çox diqqətli olun və hər hansı bir allergik reaksiya olub-olmadığını yoxlayın. Əgər körpənizin allergik reaksiyası olduğunu düşünürsünüzsə, dərhal tibbi məsləhətə müraciət edin.

Körpəmdə allergiyanın olub-olmaması haqqında necə bilə bilərəm?
Əgər körpəniz yediyi hər hansı bir qidaya qarşı reaksiya göstərərsə, onu həkimə aparın. Həkim problemi təyin edə biləcək və sizə allergiyanı və ya dözümsüzlüyü necə aradan qaldırmaq haqqında məsləhət verəcək. Əgər körpənizə allergiya və ya dözümsüzlük diaqnozu qoyulubsa, onların nəyi yeyib nəyi yeyə bilmədiklərini tanımaq bir az vaxt ala bilər. Ona qədər isə, hər zaman etiketi oxuyun - qida etiketi qanunları tərkibində potensial allergen maddələr olan qidaları müəyyən etməyə kömək edir.

Allergiyanın qarşısını almaqda ana südünun rolu
Mütəxəssilər bildirirlər ki, ana südündə olan qatışıqlar immun sistemini dəstəkləmək üçün təbii vasitədir. Bu körpələrdə allergiyaların yaranmasından qoruyur. Bunlara probiotik aliqosaxaridlər, nükleotidlər və digər funksional tərkibləri kimi qatışıqlar daxildir. Beləliklə, körpənizin azı ilk 6 aylıq həyatı üçün ana südü ilə qidalandırma​​ və ya sağılmış ana südü ilə şüşədən qidalandırma onlarda allergiya yaranmasının qarşısını ala bilər.

Dostlarınla Paylaş

Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024