Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?
Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər.
Bu, qədim zamanlardan bəri tətbiq olunan və düzgün hesab edilən ənənəvi üsuldur. Təəssüf ki, düşünüldüyü qədər doğru deyil. Bu üsulun körpələr üçün zərərləri var.
Körpələri yatmaq üçün silkələmək onların yuxu keyfiyyətini pozur. Körpələr də normal böyük insanlar kimi sakit şəkildı yuxuya keçməlidirlər. Yellənərək yatan körpələrin yuxusu dərin olmur və onlar fasilələrlə oyanırlar. Çünki körpələri yelləmək onları yatırmır, sadəcə olaraq körpə huşunu itirir. Körpələrin daxili qulağında vestibulyar labirint adlanan hissə var və bu hissə tarazlığın qorunmasından məsuldur.
Körpə titrəməyə başlayan kimi maye ilə dolu olan bu nahiyə də silkələnir, həyəcan vəziyyətinə keçir və körpədə başgicəllənmə yaradır. Bu şəkildə çaşmış körpələr huşunu itirirlər. Əksər valideynlərin yuxu ilə səhv saldığı şey əslində huşunu itirməkdir.
Ancaq körpəni bu şəkildə alışdırmaq, yetkinliyə qədər davam edəcək bir yuxu problemi yarada bilər. Misal üçün; Böyüyəndə ancaq bu şəkildə yuxuya gedə bilər.
Digər və ən əhəmiyyətli səbəb isə körpələrdə titrəyərək baş verə biləcək beyin zədəsidir. Yellənmək beyin üçün əlverişsizdir. Bu, beyində qanaxmaya, travmaya və ya epilepsiya kimi vəziyyətlərə səbəb ola bilər. Bundan başqa, yellənmək körpələrdə Sarsılmış Körpə Sindromu adlı bir problem də yarada bilər.
Sevinc Hüseynova

Dostlarınla Paylaş

Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024