Körpələrin 3 aylıq əzabı

Körpələrin 3 aylıq əzabı


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Körpələrin 3 aylıq əzabı

Körpələrin 3 aylıq əzabı
Köp əleyhinə dərmanlar körpəni sakitləşdirsə də, qazı yox etmir

Körpələrin 99%-i ilk 3 ayda qarnına köp yığılma problemindən əziyyət çəkir. Bu mərhələni olduqca çətin keçirən körpələr ağlamaqla yanaşı gecə ilə gündüzü səhv salır, qidalanmaqdan imtina edir, yatmır. Nəticədə isə böyümə üçün vacib olan ilkin 3 ayı uşaq yatmalı olduğu halda ağlayaraq və narahat bir halda başa vurur.

İlk 3 ay qarşısı alınmayan bu narahatlıq sonrakı aylarda da körpədə mütləq bir iz qoyur. Əksər uşaqlar 3 ay bitdikdən sonra belə daim ağlağan olur, bəziləri elə 3 aydakı kimi yuxu və qidalanmadan imtina edir. Bu cür uşaqların yenidən rejimə düşməsi isə zaman alır.

Bir çox inkişaf etmiş ölkələrdə klinikalarda yeni doğulan körpələrin bu problemini həll etmək üçün 3 aylıq ana və körpə rejimi, ana pəhrizi, körpə üçün rahatlama masajları təlimləri keçilsə də, Azərbaycanda bu cür məlumatlandırma, demək olar ki, yoxdur. Apteklərdə köp əleyhinə müxtəlif dərmanlar və siroplar olduğu halda əksərən bunlar da körpələri sakitləşdirmir. Valideynlərin isə uşağı sakitləşdirmək üçün verdiyi normadan artıq doza boş yerə dərman yığınının yaranmasına səbəb olur.

Pediatr Nərmin Fərzəliyevanın sözlərinə görə, yeni doğulan körpələrin ilk 3 ay köpdən əziyyət çəkməsi onların mədə- bağırsağının işlək olması səbəbindəndir. Təzəlikcə həzmə öyrəşən orqanlar, üstəlik hərəkət məhdudiyyətinin olması körpələrin ağrımasına səbəb olur ki, buna uyğun tətbiq edilən masajlar daha çox effekt verir: "Körpələrdə qaz sancısı, ümumiyyətlə, doğumdan 2-3 həftə keçdikdən sonra özünü göstərən və körpənin çox ağrı çəkdiyini valideynə düşündürən əlamətlərlə özünü göstərməkdədir. Sağlam körpələrdə görülə bilən və tibb dilində kolik adı verilən qaz sancısı əlamətləri, ümumiyyətlə, aralıqsız ağlama şəklində özünü göstərir. Körpə ağlayır, ayaqlarını yığır, ağlamaq çığırtı formasını alır. Həkim müayinəsində ağrının qarşılığı olacaq bir narahatlığı yoxdursa, qaz sancısı olaraq qəbul edilir. Qaz sancısının səbəb olduğu ağlama halları 1-2 saat davam edə bilər və körpə çox ağrı çəkdiyini hərəkətləri ilə izah edər. Əllərini yumruq şəklində tutması, bütün qüvvəti sərf ediləcək qədər ağlaması da qaz sancısının əlamətləri arasında yer ala bilir. Gün ərzində 4-5 ailə bu səbəblə müraciət edir. Müayinədən sonra heç bir problemin olmadığını desək də valideyn israrala dərman tələb edir. Bu gün köp əleyhinə dərmanları bu qədər məhşur edən də elə valideynlərdir".

Heç bir dərmanın 100% təsir qüvvəsinə malik olmadığını deyən pediatr bildirir ki, bunar təbii otlardan hazırlanan və xoş dadlandırılan mayelərdir. Bir müddətlik körpəni sakitləşdirsə də qazı yox etmir: "Ümumiyyətlə, qazdan qurtulmaq üçün heç bir dərman yüzdə yüz effektli deyil. Ola bilər ki, hansısa dərman bir müddətli uşağı sakitləşdirsin, amma köpü tamamilə aradan qaldırmır. Belə bir dərmanı düzətmək də mümkün deyil. Bağırsaqlar tam formalaşana kimi bu hal davam edəcək. Demək olmaz ki, bu müddət dəqiq 3 ay çəkəcək. Daha çox da ola bilər. Körpədən körpəyə fərqlilik göstərən köp 6 ay tamamına kimi davam edə bilər. Əgər hər hansı bir dərman dəqiq təsir etsəydi, satışda bu qədər dərman olmazdı. Analara məsləhətim budur ki, heç bir dərmandan istifadə etməsinlər. Boş yerə mədəni yükləyən dərmanlar körpəyə heç bir fayda vermir. Bunun yerinə yeməkdən dərhal sonra uşağı dik tutmaq, ayaqüstə gəzdirmək, masaj etmək həm təbii üsul, həm də faydalıdır".

Dostlarınla Paylaş

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023