Körpəni yuxuya vermək üçün məsləhətlər

Körpəni yuxuya vermək üçün məsləhətlər


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Körpəni yuxuya vermək üçün məsləhətlər

Körpəni yuxuya vermək üçün məsləhətlər
Normal yuxu uşağın inkişafı və sağlamlığı üçün olduqca vacibdir. Lakin bəzən valideynlər uşaqlarda ciddi yuxu pozulmaları ilə üzləşir - uşaq yuxuya gedə bilmir, əziyyət çəkir, ağlayır, gecəni pis yatır, tez-tez oyanır və s.

Uşağın normal yatmamağı bəzi ailələr üçün əsl problemə çevrilir.

Bu vəziyyətdə nə məsləhət görmək olar?

Tatli.Biz bildirir ki, mütəxəssislər uşağı daha tez və asan yuxuya vermək üçün bu kimi vasitələrdən istifadə etməyi tövsiyə edirlər:

- həyatın ilk aylarında süni monoton küy uşağa sakitləşdirici təsir edir və yuxuya getməyə kömək edir. Bunun üçün işləyən məişət cihazların (fen, tozsoran, paltaryuyan maşın
) səsini istifadə etmək olar. İşləyən cihazın səsini diktofona yazmaq olar.

- sakit həzin musiqi də uşağı sakitləşdirir və yatızdırır.

- uşaq çarpayıların üzərində asılan oyuncaqların hərəkətləri və səsi uşağı yatızdırır.

- bəzi uşaqlara yuxuya getməyə müxtəlif əşyalar kömək edir (yumşaq oyuncaq, yumşaq dəsmal, ananın paltarı və s.).

- uşağınız süni süd qarışıqları ilə qidalandırılırsa, ona əmzik verə bilərsiniz. 1 yaşına kimi olan uşaqda ən güclü reflekslərdən biri əmmə refleksidir. Ana südü almayan uşaq daha az əmir və öz əmmə tələbini ödəyə bilmir. Bunun üçün uşağa əmzik (bəzən 2-ni, 3-nü) vermək olar. Əmzik uşağı sakitləşdirir və yuxuya getməyə kömək edir.

Ana südü ilə qidalandırılan uşağı yuxuya vermək üçün ən yaxşı və asan vasitə körpəni əmizdirməkdir. Ana südü ilə qidalandırılan uşağa əmziyin verilməsi tövsiyə edilmir.

- yuxudan əvvəl uşağı açıq havada gəzdirmək olar. Bu da uşağa yuxuya getmək üçün kömək edir.

- çox narahat uşağı yatmazdan əvvəl yüngül (sıx yox!) bələmək olar. Bu üsuldan yalnız nadir hallarda istifadə etmək olar!

- yatmazdan əvvəl uşağı çimizdirin, ona yüngül massaj edin. Bu vasitələr də uşağı sakitləşdirir və tez yuxuya getməyə kömək edir.

Təbii ki, sadaladığımız vasitələr bütün uşaqlara uyğun gəlməyə bilər. Öz vasitənizi axtarın. Uşağın şirin yuxusu üçün bütün mümkün olan vasitələrdən istifadə edin.

Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024