![]() |
Tatli.Biz Əyləncə Portalı |
![]() ![]() ![]() |
1. Masajın xüsusilə tez doğulmuş körpələr üzərində böyümə, inkişaf və bədən funksiyaları üzərində müsbət təsirləri görülmüşdür.
2. Masaj qidaların həzmini asanlaşdıraraq körpənin böyümə və inkişafını sürətləndirir.
3. Qan dövranını və nəfəs almanı inkişaf etdirir, qaz və köpü azaldır.
4. Immunitet sistemini gücləndirir, infeksiyalara qarşı qoruyur.
5. Yuxu nizamına kömək edir.
6. Ana və körpə arasındakı bağları gücləndirir.
Masajı qidalanmadan 1 saat sonra edin. Əlləriniz ilıq və təmiz olmalıdır. Masaj ediləcək körpənin dərisində yara və ya infeksiya olmadığına diqqət yetirin.
Dərinin qıcıqlanmasının qarşısını almaq üçün əllərə mütləq körpələr üçün nəzərdə tutulmuş yağ sürtülməlidir. Körpəniz ağlayır və masajı istəmirsə, bu zaman prosesi dayandırın.
Masaj körpənin üz, sinə, qol, qarın, qıç və kürəyinə ritmik hərəkətlərlə, ovaraq edilməlidir.