Körpənin nəcisi necə olmalıdır? | Tatli.Biz
Körpənin nəcisi necə olmalıdır?
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Körpənin nəcisi necə olmalıdır?

Körpənin nəcisi necə olmalıdır?
Əziz xanımlar, uşaq doğulduqdan sonra onun həyat fəaliyyəti valideyn üçün hədsiz maraqlı olur. Bəzən valideynlər uşaqların yeni mühitə alışa bilməməyini təhlükə kimi qəbul edir. Baş çıxara bilməyəndə təşvişə düşür. "Görəsən normalda necə olmalıdır?" deyə düşünür, suallara cavab tapmağa çalışırlar. Budur, hər valideyni narahat edən problemlərdən birini də sizə təqdim edirəm.
Yeni doğulmuş körpənin nəcisi

Doğumdan sonrakı ilk bir neçə gün içində körpənin nəcisi yaşılaçalan qara rəngdə və yumşaq yapışqan şəkili olur. Sonra qəhvəyi və sarıya dönür. Əgər ikinci günün sonuna qədər uşaq nəcis çıxarmasa həkimə xəbər verilməlidir.

Ana südüylə qidalanan körpələr ümumiyyətlə, ilk günlərdə və həftələrdə çox tez-tez altlarını isladırlar. Bəziləri hər əmmədən son­ra nəcis çıxarır. Nəcis çox vaxt açıq sarı rəngdə və ya tünd olur. Nadir olaraq qatı olur. Bir çox ana südüylə qidalanan körpə birinci, ikinci ya da üçüncü ayların sonunda çox nəcisə çıxmaqdan imtina edərək, hərdənbir nəcis çıxarmağa başlayır. Bə­ziləri gündə bir dəfə, bəziləri iki gündə bir, bəziləri də üç gün­də bir dəfə nəcis çıxarır. Bu ananı qorxuda bilər. Amma körpə narahat olma­dıqca, qorxulu heç bir şey yoxdur.
Əlavə yemək yeyən uşağın nəcisi

İnək südüylə qidalanan bir körpə əvvəlcə ümumiyyətlə, gündə bir-dörd dəfə altını batırır. Böyüdükcə bu ədəd bir, ya da ikiyə düşür. Əgər nəcisin rəngi və konsistensiyası yaxşı, körpə də sağlamdırsa, neçə dəfə nəcisə çıxması əhəmiyyətli deyil.

İnək südü içən körpələrin nəcisi əksəriyyət, küllü və sol­ğun sarı rəngdədir. Bəzi körpələr də qarışdırılmış yumurta kimi nəcis çıxarır. Arada selik və sulu maddələr də görülür. Uşaq qaydalı bir şəkildə çəki artırır və sağlam görünürsə, bu­nun da heç bir əhəmiyyəti yoxdur.

İnək südü içən çox az körpə ilk aylarda sulu nəcis çıxarır. Əlavə qidanın içindəki şəkər miqdarı artdıqca bu daha da çoxalır. Belə bir vəziyyətdə həkim nəzarəti şərtdir. Çünki körpəyə ba­ğırsaqları narahat etmədən əlavə qidalar vermək getdikcə çətinləşəcək. Əgər körpənin nəcisi sulu olduğu halda, başqa bir şikayəti­niz yoxdursa və həkim vəziyyətin normal olduğunu söyləyirsə narahat olmağa dəyməz.

Bir körpənin nəcisi digər körpələrin nəcisindən bir az fərqlidirsə, körpə sağlamdlrsa bunun bir zərəri yox­dur. Amma əgər nəcis birdən birə dəyişsə, bunun bir səbəbi ola­ bilər. Həkimə müraciət etmək lazımlıdır. Qatı nəcis çıxaran bir körpə birdən sulu, bəlğəmli nəcis çıxarmağa başlarsa, bu bir həzmsiz­lik əlaməti ola bilər. Hətta, bir bağırsaq iltihabı ola biləcəyini düşünə bilərik. Əgər nəcis yaşılaçalan, tez-tez və çox suludursa bağırsaqlara mütləq mikrob düşmüşdür. Bu əhəmiyyətli ya da əhəmiyyətsiz bir mikrob ola bilər. Nəcis birdən-birə qatılaşarsa bu bir angina, soyuqdəymənin ya da başqa bir xəstəliyin xəbərçisi ola bilər. Əgər eyni zamanda iştah da itmişdirsə, uşağınızın temperaturunu ölçün. Ümumiyyətlə, nəcisin quruluşundakı dəyişikliklər rəng və sayındakı dəyişikliklərdən daha əhəmiyyətlidir.

Körpə ishal olduğu zaman nəcisdə bəlğəm olması nor­maldır. Bu bağırsaqların nasaz olduğunun bir əlamətidir. Amma həzmsizlik əlaməti də ola bilər. Soyuqdəyməli bir körpənin bur­nundan, sinəsindən ya da sağlam bir yeni doğulmuş körpədən də gələ bilər. Bəzi körpələr ilk günlərdə çox miqdarda bəlğəm çıxa­rırlar.

Körpənin əlavə qidasına yeni bir tərəvəz əlavə olunduğu zaman bu­nun bir qismi olduğu kimi, yəni həzm olunmadan nəcislə çıxa bilər. Əgər nəcisdə eyni zamanda bəlğəm və yumşalma görülsə çalışın həmin qidanı gələn dəfə daha az miqdarda verəsiniz. Əgər bunlar görülməzsə, eyni miqdarı verməkdə davam edin və ya bağırsaqları alışdıra-alışdıra artırın. Nəcis uşağın yediyi əlavə qidanın rəngini də ala bilər.

Nəcisin xaricindəki qan damarcıqları qatılığın səbəb olduğu sivrilmələrdən meydana gəlir. Bu qanama əhəmiyyətli deyil. Lakin qəbizliyi önləyici bir tədbir ala bilmək üçün həkimə müraciət edilməlidir. Bu psixoloji baxımdan da lazımlıdır. Nəcisdə görülə biləcək digər qanamalar bağırsaqların sivrilməsindən, sürtünməsindən qaynaqlana bilər. Bu halda dərhal çağırılmalı və körpə xəstəxanaya çatdırılmalıdır.

Dostlarınla Paylaş

Saytda 61 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022