Məhəbbət haqqında bilmədikləriniz

Məhəbbət haqqında bilmədikləriniz


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Məhəbbət haqqında bilmədikləriniz

Məhəbbət haqqında bilmədikləriniz
Məhəbbət haqqında bilmədikləriniz

Məhəbbət məhbəs deyil. Dustaq həyatı deyil. O, sənin düşündüyündən də geniş və maraqlıdır. Sadəcə sən onu görməyə çalış. Anlamalısan ki, sən kimin əlini və qolunu bağlayırsansa, qarşı tərəf də səni dustaq edir. Əl- qolunu bağlayır.

Yadında saxla, sənin həyatda əldə etdiklərin, sənin həyata verdiklərindir.

"Məhəbbət" söz deyil, kəlmə deyil. Özündə böyük anlam daşıyır. O sənin üçün bir pətək bal ola bilər, həmçinin acı zəhər də ola bilər. Əlbəttə onun necə olması sənin özündən aslıdır.

Əgər sən məhəbbətə hər hansı fiziki ehtiyacını ödəmək məqsədi ilə baxırsansa, müəyyən müddətdən sonra cansıxıcı, monoton və rəngsiz həyatdan bezəcəksən. Belə həyat miraj kimidir. Yaxınlaşdıqda itir və sənin üçün mənasızlaşır.

Sadalananlar sənin həyatında baş verirsə, günah məhəbbətdə deyil, günah sənin özündədir. Sən, məhəbbət adı altında bu tələbləri irəli sürdün. Adını məhəbbət qoyduğunuz bu oyun, saxta pul kimidir.

Hisslərini milyon insan arasında parçalamaq insanı zərrələşdirir. Partnyorlarını tez-tez dəyişənlərin həyatı, yeri tez-tez dəyişdirilən ağaca bənzəyir. Ağacın bir və əbədi yeri olmalıdır, o zaman onun kökləri daha dərinə gedəcək və ağacı güclü edəcək.

Şərqdə məhəbbəti dəyişiklikdən qorxma hissi məhv edir. Qərbdə isə insanların bir yerdə olub, bağlanmaq qorxusunun olması məhv edir.
Şərqdə məhəbbət adı altında komfort və təhlükəsiz həyat. Qərbdə isə azadlıq və etibar nəzərdə tutulur.

Mən nə Qərbin, nə də Şərqin tərəfindəyəm.
Mən məhəbbətin tərəfindəyəm!

Dostlarınla Paylaş

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024