Müsəlman qadını ərinin valideynlərinə qulluq etməyə borcludurmu?

Müsəlman qadını ərinin valideynlərinə qulluq etməyə borcludurmu?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Müsəlman qadını ərinin valideynlərinə qulluq etməyə borcludurmu?

Müsəlman qadını ərinin valideynlərinə qulluq etməyə borcludurmu?
Müsəlman qadını ərinin valideynlərinə qulluq etməyə borcludurmu?

Cavab:

Övladların əsas vəzifələrindən biri də ehtiyacı olan valideynlərinin qayğısına qalmaqdır.

Bəs əgər uşaqlar öz ailələrini qurublarsa valideynlər kiminlə yaşamalıdır, onların qayğısına kim qalmalıdır?

Kişi evlənmiş olsa belə, öz valideynlərinin qayğısına qalmalı və onlara qulluq etməlidir. Bunu ata və ana haqqı tələb edir. Ya kişi özü valideynlərinə qulluq etməli, onlara yemək hazırlamalı, paltarlarını yumalı və ya bütün bu işləri öz həyat yoldaşına həvalə etməlidir. Lakin qaynanasına və qaynatasına qulluq etmək qadın üçün vacib buyrulmamışdır. Əgər qadın bu səbəbdən ərinin valideynlərinə qulluq etmək istəməzsə, onda kişi valideynlərinə qulluq etmək məqsədi ilə xidmətçi tutmalıdır. Ya oğul özü valideynlərinə qulluq etməlidir, ya da bunun üçün kimisə tutmalıdır. Belə halda maddi cəhətdən bütün xərclər də oğulun üzərinə düşür. Valideynlərinin oğulları ilə birlikdə yaşayıb, yaşamamasından asılı olmayaraq oğulları onların qayğısına qalmalıdırlar. Əlbəttə ki, ən yaxşı hal övladları ailə qurduqdan sonra valideynlərin onlarla birlikdə yaşaması olardı, valideynlər də nəvələrinin böyüməsini görərdi.

Ərə getmiş qız da, evli oğlan kimi öz valideynlərinin qayğısına qalmalıdır. İstər qadın, istərsə də kişi eyni dərəcədə valideynlərini yaşamaq üçün vasitələrlə təmin etməlidir (Sarahsi, əl- Mabsut, 5/222). Lakin real vəziyyətdə qadınlara valideynlərini saxlamaq kişilərə nisbətən çətindir. Çünki kişidən fərqli olaraq onların geniş imkanları yoxdur. Əgər valideynlərin oğlu varsa, valideyn qayğısı məhz onların boynundadır.

Əgər valideynlərin oğlu yoxdursa və yaxud da var, ancaq onlara kömək etmirsə, onda valideyn qayğısı mütləq qızın üzərinə düşür. O, mütləq əri ilə danışıb valideynlərini ziyarət etməli və onlara lazimi köməyi göstərməlidir. Belə halda ər anlayış göstərməlidir. Əgər əri qadına valideynlərini ziyarət etməyə icazə vermirsə, onda qadın öz maddi imkanları hesabına onlara maddi yardım göstərməli, əgər belə imkanı yoxdursa, ona belə kömək göstərəcək adamlar tapmalıdır. Zərurət olduqda, valideynlərinə maddi yardım etmək üçün dövlət orqanlarına və yaxud xeyriyyə fondlarına müraciət etməlidir.

Son nəticədə, qynataya və qaynanaya qulluq etmək gəlinin və kürəkənin vəzifəsi hesab edilmir. Valideynə qulluq ilk növbədə, onların doğma uşaqlarının vəzifəsidir. Ona görə də qadın həmişə valideynlərinin qayğısına qalmaqda ərinə yardımçı olmalı, kişi də öz növbəsində qadına onun valideynlərinə baxmaqda kömək etməlidir.

Islam-Today

Dostlarınla Paylaş

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024