![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Araşdırmalar nəticəsində məlum olub ki, mütəmadi olaraq sekslə məşğul olmaq cütlüklərin sağlamlıq problemlərində azalmalara müşahidə olunub. Xüsusilə də seksin qadınlar üçün faydaları saymaqla bitmir.
Nizamlı cinsi həyatın faydalarını təqdim edirik:
• Daimi və tez-tez cinsi əlaqə kişilərdə irəliləyən yaşlarda görülən prostat xərçəngini önləyir.
• Qadınlarda aybaşı zamanı yaranan sancıları azaldır, vaginal quruluğa mane olur. Mütəmadi olaraq sekslə məşğul olmaq aybaşı günlərini nizama salır. Gecikmə kimi problemlər olmur.
• Özünüzü daha seksual, gözəl, xoşbəxt və özəl hiss etməyinizi təmin edir.
• Seks zamanı ən azı 200-300 arası kalori yandırırsınız. Buna görə də cinsi əlaqə çəki artımına mane olur. Beləcə, idman etməyinizə ehtiyac qalmır. İdman etmək istəmirsinizsə sekslə məşğul olun. Bu, sizi daha gümrah edəcək.
• Xüsusilə kişilərdə nizamlı olaraq cinsi əlaqədə olmaq iflic riskini azaldır. Ürək və damar xəstəliklərindən qoruyur.
• Daimi cinsi həyatı olanlar daha gec yaşlanır və yaşın irəliləməsi ilə bədəndə artan ağrıları gecikdirir.
• Seks evliliyinizin pis gedən zamanlarında həyat yoldaşınızla aranızdakı buzların əriməsinə köməkçi olur və yoldaşınıza yenidən aşiq olmağınızı təmin edir.
• Yoldaşınızla birlikdə aranızdakı bağ gücləndikcə özünüzə olan güvəniniz artır və özünüzü daha xoşbəxt və rahat hiss edirsiniz.
• Xüsusilə də qış ayarlında ehtiyac duyduğunuz immunitet sisteminizi gücləndirir və daha az xəstə olmağınıza səbəb olur.
• Özünüzü seks sonrası daha boşalmış və rahatlamış hiss edəcəyiniz üçün yuxusuzluğa qalib gələ bilərsiniz. Daha asan və problemsiz yatacaqsınız.