Mütəxəssislərin araşdırmalarına görə uşaq bezlərinin ziyanı

Mütəxəssislərin araşdırmalarına görə uşaq bezlərinin ziyanı


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Mütəxəssislərin araşdırmalarına görə uşaq bezlərinin ziyanı

Mütəxəssislərin araşdırmalarına görə uşaq bezlərinin ziyanı
Mütəxəssislərin araşdımalarına görə, uşaq bezləri xlorla ağardılır. Proses zamanı dioksin xaric olunur və bu maddə insan sağlamlığı üçün təhlükəli hesab edilən maddələrdən sayılır.
Demək olar ki, indi bütün analar körpələri üçün birdəfəlik uşaq bezlərindən istifadə edirlər
Uşaq bezləri anaların həyat keyfiyyətini artırdığı üçün çox az adam onun zərərləri barədə düşünür. Hətta yaşlı nəslin nümayəndələri də gənc analara baxıb "indi uşaq saxlamağa nə var ki, bağlayırsan pampersi, qoyursan saatlarla yatır" deyir.
Amma bir zamanlar bu uşaq bezlərini sadə pambıq bezlər əvəz edirdi. Düzdür, o zamanların uşaqları yuxudan tez-tez ayılır və analar çox yorulurdu. Amma uşaqlar sağlam böyüyürdü. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Təşkilatının hesabatına görə, dioksinlər xərçəng yaradıcı maddələrdir. Belə ki, onlar qaraciyər funksiyasına təsir edə, immunitet, sinir və hormon sistemini sıradan çıxara bilər.
ABŞ Biologiya Elmləri İnstitutunun araşdırması zamanı uşaq bezlərinin tərkibində tribütiltin - dənizçilikdə "zəhərli boya" olaraq bilinən və dəniz canlılarının gəminin altına yapışmasına mane olan kimyəvi zəhərli maddə də aşkar edilib. Alimlərin fikrincə, bezlərdə olan bu maddə insanlarda yağ hüceyrələrinin böyüməsinə və köklüyə səbəb olur. Bu maddə ilk dəfə 2000-ci ildə pampers Ultra quru körpə bezində aşkar edilib.
2000-ci ildə Almaniyada Keil Universiteti tərəfindən aparılan araşdırma zamanı körpə bezləri oğlan uşaqlarını bədən istiliyindən daha yüksək dərəcədə tutduğu üçün nəsilartırma qabiliyyətinin aşağı düşdüyünü müəyyən edib.
Bununla yanaşı, bezlərin tərkibində uçucu orqanik zəhərli maddələr - tolyen, ksilen və dipenten də mövcuddur. Bu zəhərli maddələr duyğu orqanları və həzm sistemi üçün təhlükəlidir. Orqanizmdə xərçəng yaranma riskini artırır. Həkim bildirir ki, körpə bezlərinin tərkibində müxtəlif boyalar, ətir maddələri və plastiklər də var.

Dostlarınla Paylaş

Saytda 227 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024