Necə edək ki uşaqlar tez-tez xəstələnməsin? Həkimdən tövsiyə

Necə edək ki uşaqlar tez-tez xəstələnməsin? Həkimdən tövsiyə


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Necə edək ki uşaqlar tez-tez xəstələnməsin? Həkimdən tövsiyə

Necə edək ki uşaqlar tez-tez xəstələnməsin? Həkimdən tövsiyə
Bir çox valideynlər övladlarının tez-tez xəstələnməsindən şikayətlidirlər. Hava şəraiti, yayılan virusla yanaşı, verilən qidalar da uşaqların immun sisteminin zəifləməsinə, nəticədə isə daha tez-tez xəstələnməsinə səbəb olur.
Həkim Ayşenur Kaya uşaqların sağlamlığı naminə qida seçiminə xüsusi diqqət edilməsinin vacibliyindən danışıb. Onun sözlərinə görə, tərkibi probiotiklərlə zəngin olan qidaların qəbulu immun sisteminin daha da möhkəmlənməsinə kömək edir.
Ayşenur Kayanın sözlərinə görə, bağırsaq florası pozulduqda uşaqların səhhəti xəstəliyə daha çox həssas olurlar.
"Valideynlərə övladlarına hazır qidalar verməməyi, bundan başqa böyüklərin də sevərək yediyi müxtəlif ədviyyatlardan ibarət mağaza qidalarından imtina etməyi tövsiyə edirik. Uşaqların sağlam böyüməsi üçün valideynlər qida menyusu hazırlamalıdır.
Bu zaman bəzi qidalar həmin menyudan uzaqlaşdırılaraq yenisi ilə əvəzlənməlidir. Valideynlərə tövsiyə edirəm ki, övladlarına zeytun yağı, soğan, sarımsaq və tərəvəzlə zəngin xörəklər bişirsinlər" - deyə həkim əlavə edib.

Dostlarınla Paylaş

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024