Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ
Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər.
"Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrində qeyd edilib ki, bu allergiyanın inkişafı ilə əlaqəli ekzema kimi dəri xəstəliklərinə də yol aça bilər.
1300-dən çox körpə üzərində aparılan tədqiqatda hər həftəlik əlavə nəmlənmənin qida allergiyasının inkişafını 20 faizə qədər yüksəltdiyi bildirilib.
Araşdırmanı həyata keçirən London Corc Universiteti və London Kral Kollecinin alimləri qeyd ediblər ki, nəticələrə əsasən, nəmləndirici kremlərdən istifadəni tamamilə dayandırmaq lazım olduğu fikri də yanlışdır. Sadəcə bəzi nəmləndiricilər dəri baryerinə zərərli təsir göstərərək, allergenlərin dərinin immun sistemi ilə daha asan təmasda olmasına səbəb ola bilər.
Tədqiqat qrupunun uşaq allergiyası mütəxəssisi Maykl Perkinin fikrincə, nəmləndiricilərdən istifadənin normasını tapmaq problemin həllində əsas faktor hesab edilir. Bundan əlavə, körpələrə nəmləndirici tətbiq etməzdən öncə valideynlər mütləq əllərini yumalı və daha sonra onların qidalarına da bu şəkildə əl vurmamalıdırlar.
Xüsusilə allergiyaya meyilli körpələrdə daha diqqətli olmaq lazımdır.
Tədqiqatın müəlliflərindən biri olan dermatoloq Carsten Flohr bildirib ki, nəmləndiricilər ilə qida allergiyası arasında əlaqənin daha dəqiq tapılması üçün ciddi araşdırmalar aparılmalıdır. Amma ilkin tədqiqat bu əlaqənin olduğunu ortaya çıxarıb. Bundan sonrakı araşdırmalar bu əlaqənin qarşısını almaq və müalicə üsullarını aşkarlamaq üçün həyata keçirilməlidir.
Sevinc Hüseynova

Dostlarınla Paylaş

Saytda 104 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024