Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Nəyə görə nişan üzüyü adsız barmağa taxılır?
Heç fikirləşmisiniz ki, nəyə görə biz nişan üzüklərimizi adsız barmağa taxırıq?
Çin fəlsəfəsində bu sualın cavabını izah edir.
Çin fəlsəfəsinə görə baş barmaq valideynləri, şəhadət barmaq bacı və qardaşları simvolizə edir. Orta barmaq, siz özünüzsünüz. Adsız barmaq həyat yoldaşını təmsil edir. Çeçələ barmaq isə uşaqların simvoludur.
Əllərinizi bir-birinə yaxınlaşdırın. Sonra orta barmaqlarınızı bir-birinə yapışdırın, daha sonra onları qatlayaraq ikinci büküşlərini birləşdirin. Qalan barmaqların uclarını da bir-biri birləşdirin.
Siz aşağıdakıları müşahidə edəcəksiniz:
• Baş barmaqlarınızı bir-birindən ayırmağa çalışın. Baş barmaqda çox hərəkətlilik müşahidə olunur, bu o deməkdir ki, valideynlər həmişə sizimn yanınızda olmayacaqlar. Müəyyən bir vaxtda həyat sizi ayıracaq.
• Şəhadət barmaqlarınızı bir-birindən ayırmağa çalışın. Şəhadət barmaqlarda bir qədər hərəkətlilik var. Bizim bacı və qardaşlarımız uşaqlıqda yanımızda olacaq, sonra yollarımız ayrılacaq.
• Uşaqları simvolizə edən çeçələ barmaq da hərəkətlidir: uşaqlar böyüyəcək və valedeynlərinin evlərini tərk edəcək.
• İndi adsız barmaqları ayırmağa çalışın. Təəccüblüdür. Siz onları ayıra bilməyəcəksiniz.
Qədim çinlilər inanardılar ki, ər və arvad bütün həyatları boyunca bir-birindən ayrıla bilməzlər. Onlar həmişə, sevincdə və kədərdə bir yerdə olmalıdırlar.