Nəyə görə qadınlar kişiləri tərk edirlər – hətta sevdikləri kişiləri belə...

Nəyə görə qadınlar kişiləri tərk edirlər – hətta sevdikləri kişiləri belə...


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Nəyə görə qadınlar kişiləri tərk edirlər – hətta sevdikləri kişiləri belə...

Nəyə görə qadınlar kişiləri tərk edirlər – hətta sevdikləri kişiləri belə...
Mən nigah üzrə məsləhətçi Jastin Şanfarberəm. İşimlə əlaqədar evlilik zamanı çaş-baş qalmış, çıxış yolu tapmayan qadın və kişilərlə ünsiyyətdə oluram.
Problemlər hər kəsdə müxtəlif görünsə də, kişilər bilməlidirlər ki, əgər problem onlardadısa, adətən bu problemin bir səbəbi var. Bu səbəbdən qadınlar onları tərk edirlər.

Bu zaman qadınlar özlərini çox pis hiss edir, hətta onların ürəyi parçalıanır. Amma onlar bunu edirlər. Bütün güclərini toplayıb, birgə övladları, evləri və həyatları olmasına baxmayaraq kişiləri tərk edirlər.

Çox vaxt bu gedişin yalnız bir səbəbi olur. İstəyirəm ki, kişilər bunu yaxşı yadda saxlasınlar.

Qadınlar ona görə gedirlər ki, onlara məxsus olan kişi artıq yoxdur!
O, mənada yox ki, onlar artıq mövcud deyillər. Sadəcə onlar artıq qadınların həyatında iştirak etmirlər.

Kişilər işə gedir, qolf və ya kompüterdə oyunlar oynayır, futbola baxırlar... Bu siyahını artırmaq da olar.

Bizim haqqında danışdığımız kişilər pis insanlar deyillər. Onlar yaxşı insanlardır, yaxşı atadırlar. Onlar ailəsini saxlayırlar, yaraşıqlı və xoşagəlimlidirlər.
Amma onlar qadınlarını özlərinə borclu kimi qəbul edirlər. Kişilər qadınları ilə maraqlanırlar. Kənardan başqa cür görünsə də, qadınları onların həyatında deyillər.

Qadınlardan biri bir dəfə otağımda yaxşı bir fikir söyləmişdi:

"Axşam kim evə gəlib, mənə emosional dəstək olmalıdır? Hətta mən ağlayanda belə ərimin vecinə də olmur".

Mən burada heç kimi günahlandırmaq istəmirəm. Sizə nəyin düz, nəyin səhv olduğunu demək fikrim də yoxdur. Mən sizə sadəcə hər gün gördüklərimi danışıram.
Qəzəblənə və ya özünüzdən çıxa bilərsiniz. Amma xanımınız sizin şəxsi malınız deyil. O, sizi bütün qəlbi ilə sevməyə də borclu deyil. Bu sevgini günbəgün, anbaan qazanmaq lazımdır. Eyni ilə pul qazandığınız kimi. Siz qadını pulunuzla, sosial vəziyyətinizlə deyil, diqqəniniz, qayğınızla əldə etməlisiniz.

O, hiss etməlidir ki, sizin üçün mənasız deyil. O, bilməlidir ki, onun sözləri, iztirabları sizin üçün əhəmiyyətlidir. O, bilməlidir ki, siz onu dinləyirsiniz.

O, sizinlə söhbət edərkən nəzakətlə başınızı döndərməyin. Həmin anda onun sözünü kəsərək "hər şey yaxşı olacaq" deməyin. Şeytanın vəkili rolunu oynamayın.

Qadın istəyir ki, siz onu hiss edəsiniz. O, yanında yalnız intim istəklərini təmin edən adamın olmasını istəmir. O istəyir ki, siz futbola göstərdiyiniz etiras kimi ona da etirasla yanaşasınız. Sizin nigahınız hər ikinizin etiras hiss etdiyi vaxta qədər yaşayır.

Əgər bu keyfiyyətinizi itirmisinizsə, onun hara yoxa çıxdığını aydınlaşdırın. Ya bu ehtirası yenidən tapacaqsınız, ya da... Sıxıntılı günləri bəhanə gətirməyin. Hamı nə vaxtsa sıxıntılı günlər yaşayır. Əgər düşünürsünüz ki, həqiqətən də bu söhbətdə iştirak etmək istəyirsiniz, onda ona qulaq asmağa çalışın. Sözün əsl mənasında qulaq asın. O sizə emosional şəkildə öz problemini danışarkən kənar fikirlər irəli sürməyin. Onun gözlərinə baxın. Baxışlarınızı saxlayın. Belə həm onun, həm də sizin üçün rahat olacaq.

Əgər xanımınız nə isə soruşursa ona doğru-düzgün cavab verin, onu başınızdan etməyin. Onun dediklərinin mahiyyətinə diqqət yetirin.

Onu yaxşı tanımağa çalışın. İnanın ki, neçə illər bir yerdə yaşamış olsanız belə, onu hər gün yenidən kəşf edə bilərsiniz.

Onunla tam diqqət göstərməklə ünsiyyət qurun. Əgər onun əllərini tutursunuzsa, öz əllərinizin nə hiss etdiyinə diqqət yetirin. Bir-birinizə toxunarkən və yaxud qucaqlaşarkən həmin anda nə baş verdiyinə diqqət yetirin.
Sizin bədəninizdə nə baş verir? Nə hiss edirsiniz? Ən incə hisslərinizə və emosiyalarınıza diqqət edin. Onunla öz təəssüratlarınızı bölüşün.
Amma siz, ələttə ki, bunu etmək üçün çox məşğulsunuz. Sizin buna vaxtınız yoxdur.

Bəs beş dəqiqə vaxt necə?

Hər gün beş dəqiqə. Siz onu da tapa bilmirsiniz? Demək istəyirəm ki, kişilər hər gün 5 dəqiqə vaxt tapa və həmin vaxtı tamamilə xanımına həsr edə bilər.
Bunu edəcəksinizmi? Mərc gələ bilərəm ki, bunu edən kimi çoxdan hiss etmədiyiniz duyğuları yenidən hiss edəcəksiniz. Ola da bilər ki, siz həyatın tamamilə yeni dadını hiss edəcəksiniz.

Öz evliliyinizi xilas edin!

Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024