Nişan üzüyü hardan qaynaqlanır və onun qədim tarixi

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Nişan üzüyü hardan qaynaqlanır və onun qədim tarixi

Nişan üzüyü hardan qaynaqlanır və onun qədim tarixi
Nişan üzüyü hardan qaynaqlanır və onun qədim tarixi

O, əbədi məhəbbət və sədaqət rəmzidi, sevgi andının, bir növ, maddi təcəssümüdür. Söhbət üzükdən gedir, nişan üzüyündən. Bərli-bəzəkli, daş-qaşlı, dəbdəbəli üzüklərdən yox, əvvəli və sonu olmayan qapalı dairə forması ilə nikah bağlarının möhkəmlini və dəyişməzliyini bildirən sadə nişan üzüyündən.

Nişan üzüyünün tarixi qədim olsa da, tarixçəsi gözlənildiyi qədər romantik deyil. Nişanlanma əlaməti kimi adsız barmağa üzük taxmaq ənənəsi lap qədim dövrlərdən – Nil sahillərindən gəlib. Əsatirlərə görə, bu barmağı ürəklə xüsusi bir sinir – sevgi venası adlandırılan bir xətt birləşdirir. Qədim Şərqdə üzükdən sədaqət sınağı kimi istifadə edərdilər. Hələ 2000 il əvvəl o yerlərin kişiləri uzun müddətli səfərlərə gedəndə xanımlarına yığılıb-sökülən üzüklər bağışlayırdılar. Qadın üzüyü barmağından çıxarmaq istəyəndə üzük dağılardı, xırdalanan hissəcikləri yenidən yığmaq çox çətin olardı. Bu yolla kişilər həyat yoldaşlarının vəfasını yoxlayır, əxlaqını, sədaqətini sınaqdan keçirərdilər.

Romalılarsa üzüyü, ənənəvi sevgi nişanəsi mənasından əlavə, həm də sahiblik, yiyəlik rəmzi kimi taxardılar. Roma imperiyasında kişilər qadına toya qədər dəmir, toydan sonra isə qızıl üzük bağışlayardılar.

Tarixi mənbələrə görə, nişan üzüyü ən müxtəlif materiallardan hazırlanırmış. Misirdə kəndir, dəri və ya fil sümüyündən üzük düzəldərdilər. Romalılar daha çox dəmirə üstünlük verər, dəmiri güc və dözüm rəmzi sayardılar. Orta əsrlərdə yaqutla bəzədilmiş üzüklər əmələ gəlir. Venesiyada isə ənənəyə görə, nişan üzüyünün üzərində ən azı bir brilyant qaş olmalıydı. Venesiyalılar brilyantı sevgi odundan hazırlanmış sehrli daş hesab edirdilər.

9-cu əsrdə Roma papası 1-ci Nikolay nişan üzüyünün rəsmiləşdirilməsi barədə sərəncam verir. Papanın yeganə tələbi vardı: nişan üzüyü mütləq qızıldan hazırlanmalıydı. Bu sərəncamdan sonra adi metal üzüklər nişan üzüyü kimi qəbul edilmir.

Pravoslav xristianlar, eləcə də Mərkəzi və Şərqi Avropa ölkələrinin sakinləri nişan üzüyünü sağ əlin adsız barmağında gəzdirirdilər. katolik və şərq ənənəsinə görə isə nişan üzüyü sol əlin adsız barmağına taxılır. Ümumiyyətlə, keçmiş əyyamlarda üzüyün hansı barmağa taxılması üzük sahibinin statusundan xəbər verirdi. Sol əlin adsız barmağında üzük adamın artıq sevgilisi olduğunı göstərirdi. çeçələ barmağa üzük taxan xanım hələ ailə qurmağa hazır olmadığını bildirirdi, şəhadət barmağındakı üzük xanımın ömür-gün yoldaşı axtardığına işarət edirdi. orta barmağa taxılmış üzük isə insanın sevgi məsələlərində təcrübəli olduğunu göstərirdi. İnanca görə, nişan üzüyünü barmaqdan çıxarmaq pis əlamət sayılırdı. Guya üzük barmaqdan çıxan kimi sevgi də hərarətini itirirdi.

Bu deyimlərin hər biri əsrlərdələ yol gələn bir rəvayətin yadigarıdı – mif, əsatir izidi, gerçək deyil. Gerçək olan bu ki, seçdiyiniz üzüyün materialı nədirsə, forması necədirsə, qiyməti neçədirsə – fərq etməz. əsas bu deyil. Əsas bu üzüyün, nişan üzüyünün nişan verdiyi hissdir, sevgidi, səadətdi, sədaqətdi, Yalnız bu halda ailə bütöv, tam, həm də xoşbəxt olacaq…

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Free Downloader, hd video download, whatsapp plus, instagram plus, youtube plus, online free play, sexy girl, Burcler Haqqında, olum unvanları, Menfi cehetler, Burce gore sevgi, Burce gore seks, Burc-il yoxla, Hansı gun doġuldun?, Qoc Burcu, Buğa Burcu, Əkizlər Burcu, Xərcəng Burcu, Şir Burcu, Qız Burcu, Tərəzi Burcu, Eqrəb Burcu, Oxatan Burcu, Oğlaq Burcu, Dolca Burcu, Balıqlar Burcu

Saytda 103 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021