Nişan üzüyünün tarixi

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Nişan üzüyünün tarixi

Nişan üzüyünün tarixi
Nişan üzükləri haqqında

Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir.

Nişan üzüyü ənənəsi bəzi mənbələrə görə Misirdə, digər mənbələrə görə QədimYunanıstanda yaranıb. Hər iki mənbədə bir şey üst – üst düşür ki, nişan üzüyü adsız barmağa taxılır.Bu da urəyə aparan damarın məhz bu barmağdan keçməsi ilə əlaqələndirilir.

Qədim Yunanıstanda sol əlin adsız barmağında olan üzük onun sahibinin artıq sevgilisi olduğuna, çeçələ barmaqda olan üzük sahibinin hələ münasibət qurmağa hazır olmadığına, şəhadət barmağında olan üzük sahibinin özünə yar gəzdiyini, orta barmağdakı üzük isə sahibinin sevgi məsələlərində tam təcrübəsiz və təzə olduğunu göstərirdi.Bu "Üzük dili" 19 – cu əsrin sonlarına qədər davam etmişdir.

Qədim Misirdə nişan üzüyünü sol əldə gəzdirirdilər.Elə indi də şərq ölkələrində nişan üzüyünü sol əldə gəzdirilər.Avropanın əksər ölkələrdə isə nişan üzüyü əvvəlcə sol ələ, toyda və toydan sonra isə sağ ələ taxiılır.Hindistanda nişan əlaməti olaraq böyük barmağ da daxil olmaqla bütün barmaqlara bürcə uyğun simvoilk daşlarla bəzədilmiş qızıl üzüklər taxılır.Qəribə olsa da, Hindistanda brilliant daşın mənfi enerji daşıdığına inanırlar ve hesab edirlər ki, yalnız hədiyyə edildikdə brilliant bu xüsusiyyətini itirir.

Nişan üzüyünü brilliantla ilk dəfə orta əsrlərdə italyanlar bəzəməyə başlamışlar.Hazırda üzüyün içərisinə ad və digər sevgi sözlərinin yazılması ənənəsi Avstriya hersoqu Maksimilianın adı ilə bağlıdır, belə ki, məhz o, Mariya Burqundskaya ilə evlənəndə ona bağışladığı nişan üzüyünün imərisinə sevgilisinin şərəfinə "M" hərfi yazdırmışdı.

Əvvələr istifadə olunmuş üzüyü nişan üzüyü kimi istifadə etmək yaxşı deyil, yalnız irsi olaraq verilən üzük istisnadır.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Saytda 183 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021