![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Nəyə görə gəlin evin astanasına toxuna bilməz?
İnanclara görə evin astanası paralel dünyaya bir qapıdır. Ona görə bir çox xalqların inancına görə evin kandarında durmaq və ya oturmaq olmaz. Həm də əvvəllər dünyadan köçmüş qohumları evin girişində dəfn edirdilər ki, onların ruhları həyatda olan insanları qorusun. Hesab olunurdu ki, gəlin evə girərkən şər ruhları və ya əcdadların ruhlarını narahat edə bilər. Buna sübut olaraq provaslavlar hər qapının üstünə müqəddəs xaç şəkli çəkirlər.
Şərqi Afrika
Şərqi Afrikanın bir sıra qəbilələrində bəy gəlini qolları üstündə daşımır. Gəlin özü evə astaca, ancaq arxayınlıqla daxil olur.İçəri daxil olan kimi əri ona alaqtəmizləyən və yaxud kənd təsərrüfatı üçün digər alətlər verir. Birinci addımdan sonra gəlin paltar hədiyyə alır. İçəri daxil olandan sonra isə dayanır və ərindən hədiyyə olaraq bəzək əşyaları gözləyir.
Yunanıstan
Yunan ailəsi isə bəyi o qədər qoruyur ki, gəlini özləri gətirib evə qoyurlar. Onlar inanırlar ki, əgər gəlin qapının astanasına toxunsa bədbəxtlik baş verəcək, ailə həyatı isə alınmayacaq.
Çin
Gəlin bəyin evinə gedərkən onu evə bəyin qohumlarından olan yaşlı qadın daxil edir. Evin girişində sirkə ilə isladılmış bıçaq qoyulur. Çinin bəzi vilayətlərində bu adət dəyişdirilib.
Fələstin
Bəy gəlini qucağında elə gətirir ki, onun nəinki ayağı, hətta paltarının ətəyi belə evin kandarına dəyməsin. Bu yeni evlilər üçün pis əlamət sayılır.
İsveçrə
Bəyin yaxınlarından olan yaşlı qadın gəlini girişdə qarşılayır və xoşbəxtlik və nəslin davamı əlaməti olaraq onun üzərinə buğdalar atır. Bundan sonra bəy gəlini qollarında evə daxil edir.