O öldü. Amma ölümü ilə bir neçə adamı xilas etdi

O öldü. Amma ölümü ilə bir neçə adamı xilas etdi


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

O öldü. Amma ölümü ilə bir neçə adamı xilas etdi

O öldü. Amma ölümü ilə bir neçə adamı xilas etdi
Şəkildə gördüyünüz 7 yaşlı balaca bu dünyanı tərk edib. Onun baş beynində xərçəng xəstəliyi olub. Həkimlər onun həyatını qurtarmaq üçün əllərindən gələni etsələr də, müalicələr nəticəsiz qalıb. Amma ölümü ilə bərabər o, 4 xəstə insanın həyatını xilas edib. Həmin insanların arasında körpələrlə yanaşı, yetkin insanlar da olub.

Rişon-le –Siondan olan Yeliseyev Leşa ciddi problemlə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, uşağın beynində şiş var. Valideynlər uşağın tarazlığını itirdiyini və bədəninin sol hissəsinin onun sözünə baxmadığının şahidi olublar. Analizlərin nəticəsindən məlim olub ki, şişin həcmi kifayət qədər böyüyüb və həkimlər şualanma prosedurunu tətbiq etmək qərarına gəliblər.

Bir neçə ay müalicə alan uşağın başındakı şiş böyüməyə və uşaq özünü getdikcə daha da pis etməyə başlayıb. Həkimlər valideyinlərinə artıq Leşanın baş beynin ölüm vaxtı gəldiyi haqda məlumat veriblər.

Onun valideyinləri çox çətin qərar qəbul ediblər. Onların uşağın ölümündən sonra onun orqanlarının başqa xəstələrə verilməsinə icazə verib və bununla da digər xəstələrin həyatlarını xilas ediblər.

Leşanın atası onun həmişə şən bir uşaq olduğunu və son ana qədər valideyinlərinə dəstək olmağa çalışdıqlarını vurğulayıblar.

Valideyinlər üçün ən dözülməz hadisə, gözlərinin önündə uşağının əziyyət çəkməsi və ona kömək etməkdə aciz olmalarıdır.

Ən əzabverici hadisə isə, digər xəstələrin yaxınlarının onların xəstə uşağının başına toplaşmasıdır. Çünki, hamı lazım olan orqanların köçürülməsinə ümid edir.

Leşa Yeliseyevin ürəyi və ağ ciyərləri 6 yaşlı Romaya köçürülüb və o, sağalmaq şansı əldə edib. Onun qaraciyəri 27 yaşlı qıza, bir böyrəyi isə 18 yaşlı qıza, ikinci böyrəyi isə, 2,5 yaşlı uşağa köçürülüb.

Təəssüf ki, hər valideyn də bu addımı atmağa cəsarət etmir və hər ölkədə də orqan köçürülməsi həyata keçirilmir.
Belə hadisələr bəzi rəhimli insanların ağır itki ilə qarşılaşmaqlarına baxmayaraq başqa insanlara kömək etmək istəklərinin göstərir.

Dostlarınla Paylaş

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023