Oğlan sahibi olan analar üçün qızıl məsləhətlər

Oğlan sahibi olan analar üçün qızıl məsləhətlər


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Oğlan sahibi olan analar üçün qızıl məsləhətlər

Oğlan sahibi olan analar üçün qızıl məsləhətlər
Oğlan sahibi olan analar üçün qızıl məsləhətlər

1. Oğlunuz həyətdə oynayıb, evə cırılmış şalvar, çirkli köynək, sıyrılmış dirsək, göyərmiş üzlə qayıdanda ona ağzınızdan çıxanı deməyin. ƿksinə, hadisənin necə baş verməsini guya maraqlanırmış kimi öyrənin və məsləhət verin: zərbədən necə yayınmalı, cızılan yerə soyuq su qoymağı və s. Belə etməsəniz gələn dəfə oğlunuz zədələnmiş yeri sizdən gizlədəcək.

2. Oğlunuzu kənar və ya qohum kişilərin, böyük oğlanların yanında təhqir edib, ünvanına kobud sözlər işlətməyin. Başqa kişiləri ona misal göstərməyin.

3. Oğlunuzun ancaq sizə məlum sirlərini heç kimin yanında üzünə vurub, onunla zarafat etməyin.

4. Onun suallarından qaçmayın, əksinə, ən mənasız sualına belə fikir verin. Çünki oğlan uşaqları boş-boşuna heç nə soruşmurlar.

5. Hər şeydən əvvəl həyat yoldaşınla, seçdiyin kişi ilə münasibətlərini müsbət məcraya yönəltməlisən. Əgər kişinin əxlaqı, dünyagörüşü, qadına münasibəti, vərdişləri ürəyinizcə deyilsə, deməli, siz oğlunuza əsl həyat dostu bəxş edə bilməyəcəksiz. O zaman heç olmasa aşağıdakı bəndlərin yarıdan çoxuna əməl etməklə, layiqli övlad böyüdə bilərsiz.

6. Oğlana 5 yaşından ayaqqabısını geyməyi, səhər qalxan kimi yerini yığışdırmağı, zibili həyətə aparmağı öyrədin.

7. Onu babasına, atasına hər hansı işi görməkdə kömək göstərmək istəyini boğmayın. Onu balacalıqdan kişi işlərinə həvəsləndirin.

8. Uşaq evdə texnika, stol-stul söküb yığmağı xoşlayırsa, onu danlamayın. Yaxşısı budur, köhnə bir radio, ütü və ya stul tapıb verin ki, rahatca məşğul olsun.

9. Söz verdiyiniz işi yerinə yetirin və uşaqdan da bunu tələb edin.

10. Uşağı körpəlikdən idmana, dərnəyə və ya hər hansı incəsənət növünə yazdırın ki, günü boş keçməsin.

11. Oğlan uşağına qadına, qıza hörmət etməyi 4-5 yaşından öyrədin: avtobusda yer verməyi, qapını açıb ötürməyi, pilləkəndən düşərkən əl uzatmağı və s.

12. Oğlunuzu bazar-dükana, işıq, qaz idarəsinə, poçta, JEK-ə gedəndə özünüzlə aparın ki, sonradan bu işlərinizi rahatca ona etibar edəsiniz.

13. 9-10 yaşından uşağı ailə məsələlərinin müzakirəsinə qatıb, fikrini öyrənin. Məsələn: bu il hansı əşyalar alınacaq, istirahətə hara gedəcəksiz və s.

14. ƿgər işləyirsizsə və evdə az tapılırsızsa, yaxın qonşulara oğlunuza nəzarət etməyi, özünü necə apardığını izləməyi və bu barədə vaxtaşırı sizə məlumat verməyi xahiş edin. Təbii ki, oğlunuzun bundan xəbəri olmasın.

15. Oğlunuzun kimlərlə dostluq etdiyini bilin. Özünüz həmin uşaqları evinizə dəvət edin. Oğlunuzun dostlarının valideynləri ilə tanış olub, münasibət qurun. Bu hamınıza uşaqlara nəzarət etməkdə kömək olar. Axı onlar da övladlarından nigaran valideynlərdir.

Dostlarınla Paylaş

Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024