Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Ölüm ayağında olan ananın son arzusu
Qızı onu həmin gündə olduğu kimi xatırlasın.
2013-cü ildə Minneapolisadan olan 33-yaşılı müştəri xidmətləri meneceri Afina Kryuqer hamilə olması barədə həkimlərdən xoş xəbər alır. Bir neçə ay sonra Kruqer sinəsində ağrı hiss etməyə başlayır. Həyat yoldaşı Ben və özü bu ağrının hamiləliklə bağlı olduğunu düşünürlər. Sonradan həkimlərdən öyrəndikləri xəbər cütlüyə şok yaşadır. Poliklinikada müayinədən sonra məlum olur ki, qadında döş xərçəngi var və o xəstəliyin ikinci mərhələsindədir.
Ümumiyyətlə, onkoloqlar hamilə qadında xərçəng müşahidə olunmasının nadir hallardan hesab edirlər. Bu adətən gec yaşda hamilə qalan qadınlarda müşahidə olunur.
Heç nəyə baxmayaraq, Afina körpəsini dünyaya gətirmək qərarına gəlir. Keysəriyyə əməliyyatı ilə körpə dünyaya vaxtından 8 gün əvvəl gəlir. Çünki qadını artıq kimyaterapiya müalicəsi etməli idilər. Körpəni Amari, atasının sözləri ilə desək "Tanrıdan gələn qiymətli hədiyyə" adlandırırlar.
Çox təəssüf ki, uşağın doğumundan sonra ananın xəstəliyi sürətlə inkişaf edir, xəstəlik ağciyərlərə, baş beyinə və limfa düyünlərinə yayılır. Afina xəstəliklə cəsarətlə mübarirəzi barədə öz bloqunda da yazır.
Afina Kryuqer başa düşürdu ki, o xərçəngdən yavaş-yavaş ölür, amma onun bir arzusu var idi, heç olmasa qızının bir doğum gününü qeyd edə bilsin. O, bilirdi ki, əgər olarsa, bu qızının doğum günündə onun sonuncu iştirakı olacaq. Afina, həyat yoldaşı Ben və qohumları Amarinin ad günün təşkimi ilə məşğul olmağa başlayırlar. Onlar gecəni "Alisa möcüzələr ölkəsində" tərzində keçirməyi qərara alırlar.
Həkimlərin etirazına baxmayaraq, Afina özündə güc taparaq xəstəxana çarpayısı ilə qızının ad günü mərasiminə yollanır.
Bu Afina üçün xəstəxana divarlarından kənarda, ailəsi ilə keçirdiyi ən qiymətli vaxt olur.
Ertəsi gün isə Afina Kruqer rahat qəlblə bu dünyanı həmişəlik tərk edir.
Ben Kryuqer ümid edir ki, mərasimdəki fotolar balaca Amarinin yaddaşında həmişəlik qalacaq. Ona həmişə onu canından çox sevən anasını xatırladacaq.
Bəzən həyat sevdiklərimizi bizdən almaqla sərt və zalım ola bilir. Bundan əlavə, biz bu həyatda daimi deyilik, ona görə də zamanı dəyərləndirməyi öyrənməliyik, ətrafımızdakı yaxın insanların həyatını dəyərləndiməliyik.
Afina Kryuqer xərçəngdən vəfat etdi, amma o, özündə güc tapıb qızı üçün bayram təşkil etdi. İndi o, ərinin və qızının yaddaşında fotolarında olduğu kimi həmişə gülümsər, qayğısız qalacaq.