Övladlarımızın bacarıq və istedadlarını aşkar edək | Tatli.Biz
Övladlarımızın bacarıq və istedadlarını aşkar edək
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Övladlarımızın bacarıq və istedadlarını aşkar edək

Övladlarımızın bacarıq və istedadlarını aşkar edək
Hamımız istəyirik ki, uşaqlarımız görkəmli və parlaq şəxsiyyətlər olsunlar, müasir mosartlar, levitanlar və nyutonlar olsunlar. Məlumdur ki, uşaqlıq illəri insanın yaradıcılığının təzahürü və inkişafı üçün çox əhəmiyyətlidir. Butun insanlar istedadla doğulur .Əsas məsələ odur ki, onun hansı sahədə yaradıcılığı və istedadının olmasını aşkar edə bilək. Yəqin ki, uşaqları hər hansı testdən keçmək lazımdır. Müxtəlif metodlarla müayinələr, onları incəsənət və mədəniyyət xadimlərinə göstərmək olar və s. Onu da unutmaq lazım deyil ki, yaradıcılığın birmənal üsulla müəyyən edilməsi forması mövcud deyil və istedad çox məşhur insanlarda hətta kifayət qədər böyük yaşda aşkar edib.
Ona görə də biz onun tərafdarıyıq ki, uşaq özünü müxtəlif sahələrdə, xüsusilə, onun özünə maraqlı olan sahələrdə yoxlasın. Böyüklərin vəzifələri isə adətən, uşaqlara onların yaradıcılıqlarında kömək etməkdir( ancaq, məcbur etməklə deyil!) Orada, əlbətdə ki, biz onlara yaradıcılığın müxtəlif növləri haqqında danışmalıyıq və zaman-zaman onları vacib əşyalarla (kitablar, yaradıcılıq üçün uyğun dəstlər, kompüter proqramları və s.) təmin etməliyik və uşaqları onlardan istifadəyə alışdırmalıyıq.

Dostlarınla Paylaş

Saytda 112 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022