Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi

Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi

Üniversitet illərindən tanış olan ayrılmaz cütlük Sara və Endi uzun müddət görüşdükdən sonra nəhayət ki, evlənmək qərarına gəlirlər. Ailə xoşbəxtliyinin tam olması üçün onlara övlad lazım olsa da, Sara hamilə qala bilmir.

Həkimlər cütlüyə bir qədər ümidverici xəbər verirlər. Onlar bildirirlər ki, ekstrakorporal mayalanma yolu ilə Sara hamilə qala bilər. Amma bu halda da onun hamilə qalma şansı 10 %-dir. Həmin əməliyyat üçün 60 min dollar pul tələb olunur. Cütlük bu qədər çox pul tələb edən və cüzi şansı olan əməliyyatı etdirmək imkanına malik deyildilər.
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi
Belə olan halda onlar övladlığa uşaq götürmək qərarına gəlirlər. Endi və Sara doğumdan sonra körpəsini uşaq evinə vermək istəyən qadın tapırlar. Onlar hamilə qadınla danışıb uşağı övladlığa götürmək istədiklərini bildirirlər.

Amma doğuma bir neçə həftə qalmış USM müayinələrinin nəticələrindən məlum olur ki, qadın bir yox, üç uşaq gözləyirmiş. Ola bilsin ki, qadın əvvəldən üç uşaq gözlədiyini bilirmiş. Sadəcə onları övladlığa götürmələrindən ehtiyyat etdiyi üçün bu barədə danışmayıb.

Sara və Endi bu xəbəri sevinclə qarşılayırlar. Onlar bunu taleyin hədiyyəsi kimi qəbul edirlər. Çünki bir müddət əvvəl heç övladı olmayan ailənin indi üç övladı olacaqdı.
Doğum vaxtından qabaq olsa da, körpələrin sağlamlıqla bağlı heç bir problemləri olmur. Nəticədə aliləyə Joel adlı oğlan, Hanna və Elizabet adlı qızlar daxil olur.
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi
Amma cütlüyü daha bir əla xəbər gözləyir. Həkimlərin ümidsiz proqnozlarına baxmayaraq Sara hamilə qalır.

Elə ilk müayinədən sonra həyəcanlı Endi həyat yoldaşından soruşur: " Oğlandır?"
Sara bir qədər dayanaraq cavb verir: "Bəli, biri oğlandır..."
Jastis ailəsinə bu dəfə 2 körpə, oğlan və qız daxil olur. Oğlana Endinin adını verirlər, qıza isə Ebiqeyl adı verilir.
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi
"Bu sadəcə inanılmazdır! Bir il əvvəl biz uşaq haqqında ancaq arzulaya bilərdik, indi isə bizim beş övladımız var." — deyən Sara sevincini gizlətmir.
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi
Əlbəttə ki, beş uşağa baxmaq asan iş deyil. Sara və Endi indi 3 saatdan artıq yatdıqları günü xatırlaya bilmirlər. Buna baxmayaraq, onlar özlərini dünyanın ən xoşbəxt adamları hiss edirlər.
Övladlığa uşaq götürmək istəyən cütlüyün başına inanılmaz hadisə gəldi

Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024