Qadın və kişi evdə tək qalarsa...

Qadın və kişi evdə tək qalarsa...


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qadın və kişi evdə tək qalarsa...

Qadın və kişi evdə tək qalarsa...
Bir gənc qızın başına gələn hadisəni təqdim edirik.

"Başıma gələn bir əhvalatı sizinlə paylaşmaq istəyirəm. 1 il 3 ay bundan qabaq iş yoldaşım məni biri ilə tanış etdi. "Səni bir nəfərlə tanış etmək istəyirəm, necə fikirləşirsən?" – dedi, mən də cavabında mənim üçün mənim üçün önəmli olan əxlaqı, namazı olması üçün siqaret çəkməməsi vacibdir dedim.

İlk görüşümüzdə onunla rahat davrandım, özüm haqqında məlumat verdim, o da özündən danışdı. Təəssüratım yaxşı deyildi. Rəfiqəmə razı olmaq istəmədiyimi söylədim. O da məndə səbəbini soruşanda "Görüşərkən çox rahatdır, gözlərimin içinə baxaraq danışır, sən deyə müraciət edir, buna görə narahat oldum" dedim. O da zamanla düzələcəyini söylədi.

İkinci görüşümüzdən də xoş təəssüratla ayrılmadım. Amma üçüncü görüşdə artıq qəlbim atmağa başladı. Bunun səbəbi isə bu zamana qədər ilk dəfə bir oğlana vurulmağım idi.

Görüşməyə davam etdik. Rəfiqəm mənə artıq bu işin adını qoymaöı məsləhət gördü. Mən də sevgilimlə görüşdüm, ona bu münasibətdə nə qədər ciddi olduğunu soruşdum. Onunla görüşə getməzdən əvvəl həmişə 2 rükət namaz qılırdım. O, məndən hicab taxmağımı istədi. Mən isə indi yox, evləndikdən sonra taxa biləcəyimi söylədim. Münasibətimiz yaxşı idi.

Özüm də cürbəcür hicablar alır, güzgünün qarşısında taxıb baxırdım. O, da mənə bir neçə dəfə hicab almışdı.

Bir dəfə əlimi tutdu, öncə icazə vermədim, amma sonra məni yola gətirdi. Evlənəcəyik dedi, hədisi şərif söylədi. Ad günümdə mənə çox gözəl sürpriz hazırlamışdı, Quran almışdı.

Getdikcə ona sevgim artırdı.

Amma sonradan yavaş-yavaş ər-arvad rolu oynamağa başlayırdıq. Bir gün məni evinə dəvət etdi. Balıq bişirmişdi (o gündən balıq yemirəm). Sevdiyim yeməkləri hazırlamışdı. Öncə getmək istəmədim, israr etdi. Razılaşdım. Tam evinə gedərkən anam zəng vurdu, "yuxuda səni görmüşəm, biri sənə pislik edirdi" dedi. Anama sevgilim olduğunu deməmişdim.

Evə getdim. Yemək yedik, film izləməyə başlayarkən olmaması gərəkən şeylər etməyə başladı.Mənə toxundu, cinsi əlaqə təklif etdi. Evə gəldim, ağladım. "Evlənəcəyik biz, anam sənin barəndə artıq söyləmişəm" dedi. Bundan sonra o hadisə yaşanmamış kimi həyatımıza davam etməyə başladıq, etdiyi hərəkətdən peşman olmuş, üzr istəmişdi.

O zamanlar evlilik barədə düşünürdük. Toy harada olacaq, necə olacaq, tətillər haqqında söhbət edirdik. "mənim anam kənddə qalır, inək sağa bilərsənmi" soriuşanda, "İnşallah, öyrənərəm" deyirdim. Evləndikdən sonra qəti şəkildə işləməyimi istəmirdi. Uşaqlarla məşğul olacaqsan deyirdi. 2, 3,4, 5 dəfə aramızda yaxınlaşmalar oldu, yenə o əlaqəni təklif etdi, zövq alacaqsan dedi, qəbul etmədim.

Bir gün məndən ayrılacağını söylədi. Səbəb isə hicab taxmamağım idi. Ona zəng vurdum, tək problemimiz budurmu deyə soruşdum. Mənə güllər almışdı, yenə barışdıq. Gəzməyə getdik, məni bir evə apardı, yenə olmaması gərəkən şeylər etdi.

Amma problemimiz hələ davam edirdi, mənə hicab bağlamasan ayrılacağam dedi. Ona zəng vurdum, unuda bilmədiyimi söylədim. Kİrlənmişdim, bunu mənə necə etdin deyə soruşdum. Tövbə et, Allah günahından keçər dedi. Tamam çarəsiz idim. Intihar etmək istədim, psixoloqa müraciət etdim, dərman içdim. O, artıq başqası ilə evləndi, tam istədiyi hicablı bir qızla. Amma evləndiyi qız işləyən biri idi. Sonradan qarşıma çox yaxşı bir adam çıxdı, amma onunla da olmayacağlna qərar verdim. Çünki özümü ona layiq görmürdüm, kirlənmişdim mən.

Sonradan necə ayağa qalxdığımı soruşsanız yalnız dualarla deyə cavab verərəm. Qızlara məsləhət görürəm ki, heç bir oğlanın evinə getməsinlər, nə qədər din adamı belə olsa. Çünki hamının nəfsi var".

Dostlarınla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023