Qadın və kişilərin ailədə problem yaradacaq həssas nöqtələri

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qadın və kişilərin ailədə problem yaradacaq həssas nöqtələri

Qadın və kişilərin ailədə problem yaradacaq həssas nöqtələri
Bizim ailə həyatımız nənələrimizin və babalarımızın həyatı ilə çox fərqlənir. Biz gərək bu gün həyat yoldaşımızla düzgün rəftar etməyi öyrənək, çünki bu, bir məharətdir və sonradan əldə olunur. Hər bir insanın həssas nöqtəsi vardır ki, əgər ona bassan, qarşı tərəfi narahat edərsən. Bəzilərinin həssas nöqtəsi təhsillə bağlıdır, bəzilərininki geyimi ilə bağlıdır, bəzilərininki isə əqidəsi ilə.Qadınla kişinin həyatı filmə bənzəyir. Əgər siz bir mütəxəssis kimi qadınla kişinin həyatına diqqət etsəniz, onların rəftarı haqqında çox şeylər deyə bilərsiniz.

Ola bilsin ki, sizin həyat yoldaşınız təmizliyə qarşı çox həssasdır. Əgər həyat yoldaşınızın həssas nöqtəsini bilsəniz, ondan uzaq olmağa çalışın ki, həyatınız daha şirin və daha səfalı olsun.

Kişilərin həssas nöqtəsi.

Kişilərin əsasən iki həssas nöqtəsi vardır: biri maddi vəziyyətdir və o birisi isə cismi qüvvəsidir. Əgər siz daima maddi vəziyyətinizdən şikayət etsəniz, köhnə paltarlarınızı ərinizə göstərib söylənsəniz, evdə olan əşyaların köhnəlməsini başına vursanız - gərək ailənizin "fatihə"sini oxuyasınız. Çünki siz onun həssas nöqtəsini nişan almısınız.

Kişilər belə təsəvvür edir ki, pulları hər nə qədər çox olsa, cismi qüvvələri də o qədər çox olar. Bu mövzuda onlarla zarafat etməyin. Əgər getdiyiniz qonaqlıqda əriniz başqa biri ilə qol gücünü yoxlamaq istəyirsə, onu bu işdən çəkindirməyə çalışın. Çünki əgər məğlub olarsa, həmin evlə düşmən olar.

Qadınların həssas nöqtəsi.

Əgər həyat yoldaşınız evdə aşı çox bişiribsə və siz üç gün dalbadalı bu aşı yeməyə məcbur olmusunzsa, bunu onun üzünə vurmayın. Həftə sonu qohumlardan birinin evinə gedən zaman orada da həmin aşdan bişdiyini görən zaman deməyin ki, mən artıq üç gündür ki, aş yeyirəm, indi də aş yeyəcəyik? Bu söz böyük bir davaya yol açar.

Qadınların başqa həssas nöqtəsi zahiri gözəllikləri ilə bağlıdır. Ona deməyin ki, niyə bu gün bu qədər çirkin olmusan? Ya niyə bu qədər kökəlmisən? Başqa qadınları heç bir zaman onun yanında tərifləməyin. Bu mövzu da ailənizdə böyük dava sala bilər.

Qonaq gedən zaman deməyin ki, bu, nə qədər dadlı dolmadır. Uzun zamandır ki, belə dolma yeməmişdim. Ya bu, nə təmiz evdir? Bizim ev heç bir zaman belə təmiz olmayıb. Belə yerdə deyə bilərsiniz ki, dolma çox dadlıdır, ancaq mənim həyat yoldaşımın yeməyinə çatmaz. Ya sizin eviniz də bizim ev kimi gül kimidir.

Çalışın həyatınızı problemsiz edəsiniz.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Saytda 176 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021