Qadının sonuncu xahişi həyat yoldaşının həyatını həmişəlik dəyişdi

Qadının sonuncu xahişi həyat yoldaşının həyatını həmişəlik dəyişdi


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qadının sonuncu xahişi həyat yoldaşının həyatını həmişəlik dəyişdi

Qadının sonuncu xahişi həyat yoldaşının həyatını həmişəlik dəyişdi
Bu gün kiminləsə münasibətdə olub-olmamağınızın heç bir əhəmiyyəti yoxdur. Sizə bu hekayəni oxuyub sevdiyiniz adamı, nə qədər ki, yanınızdadır, qiymətləndirməyi məsləhət görərdik.

"Axşam evə gəldim. Həmin axşam yeməyi xanımım hazırlamışdı. Mən onunla danışmaq istəyirdim. Amma söhbəti başlamaq o qədər də asan deyildi. Mən sözümə bu ifadələrlə başladım "Sənə bir söz demək istəyirəm"... O, cavab vermədi və süfrəni hazırlamağa başladı. Mən növbəti dəfə onun gözlərindəki kədəri gördüm.

Mənə söhbətimizi mümkün qədər uzatmaq lazım idi və mən boşanmaq istədiyimi ağzımdan qaçırtdım. O sual verdi: "Niyə?" Sualdan qaçaraq cavab verə bilmədim. Onda o, əsəbləşdi, qalmaqal yaratdı, əlinə keçən hər şeyi mənə tərəf atmağa başladı. "Sən kişi deyilsən", - o qışqırdı.

Daha deməyə nə isə qalmamışdı. Yatmağa getdim, uzun müddət yuxuya gedə bilmədim. Mən onun ağlamağını eşidirdim. Mənim üçün evliliyimizlə nə baş verdiyini ona izah etmək çətin idi. Ona nə cavab verəcəyimi bilmirdim. Necə deyəydim ki, mən onu artıq çoxdan sevmirəm. Onunla yalnız ona acıdığımdan birlikdəyəm, mən artıq ürəyimi Jeynə vermişəm.

Növbəti gün boşanma və əmlak bölgüsü üçün bütün sənədləri hazırladım. Həyat yoldaşıma ev, maşın və biznesimin 30% səhmlərini qoydum. O isə gülümsədi, sənədləri çırdı və məndən ona heç nə lazım olmadığını dedi. Sonra yenə ağlamağa başladı. 10 illik nigahımızın belə bitməsinə mən də təəssüf edirdim. Amma onun reaksiyası mənim boşanma istəyimi daha da gücləndirirdi.

Həmin gün evə gec gəldim. Axşam yeməyini yemədən yatağıma uzandım. O, masanın arxasında oturub nə isə yazırdı. Gecə yarısı ayıldım, o, hələ də yazı masasının arxasında oturub yazırdı. Onun nə etdiyinin mənim üçün heç bir əhəmiyyəti yox idi. Çünki qəlbim ona qarşı heç bir ruhi yaxınlıq hiss etmirdi.

Səhər o, mənə boşanma şərtlərinin olduğunu dedi. O, bacardığımız qədər xoş münasibətlərimizin saxlanılmasında israr edirdi. Onun arqumeni də çox inandırıcı idi: bir aydan sonra məktəbdə oğlumuzun imtahanı olacaqdı. O, belə bir xəbərin uşağın əsəb sistemini oyadacağını düşünürdü. Onunla razılaşmamaq mümkün deyildi. İkinci şərt isə mənə ağılsızlıq kimi gəldi: o, istəyirdi ki, bir ay müddətində hər səhər mən onu toydan sonra olduğu kimi qollarımda eyvana qədər aparım və bu ona toydan sonra onu evimə gətirdiyim günü xatırlatsın.

Mübahisə etmədim. Mənim üçün heç fərqi yox idi. Onun bu xahişi barədə işdə Jeynə dedim. O, isə istehza ilə bildirdi ki, bu arvadımın məni geri qaytarmaq məqsədi ilə atdığı aciz bir cəhddir.

Birinci gün onu qucağıma alanda, özümü bir qədər narahat hiss elədim. Biz bir-birimizə yad olmuşduq. Oğlumuz bizi gördü və sevincindən ətrafımızda sanki uçmağa başladı: "Atam anamı qollarında daşıyır!" O, isə mənə "uşağa heç nə demə"- dedi. Giriş qapısının yanında mən onu döşəmənin üstünə qoydum, o, oradan avtobus dayanacağına getdi.

İkinci gün bir qədər təbii alındı. Özü-özümə təəccübləndim. Əvvəllər onun üzündəki xırda qırışlar və saçlarında bir neçə ağ tüklər olduğunu hiss etməmişdim. O, bizim evliliyimiz üçün nə qədər əmək sərf etmişdi, mən ona necə təşəkkür edə bilərdim?

Az sonra bizim aramızda kiçik qığılcım yarandı. Bu qığılcım hər gün bir az da artırdı. Onu qollarıma alanda hisss edirdim ki, sanki get-gedə onun çəkisi azalır. Bu barədə mən Jeynə heç nə demədim.

Axrıncı gün mən onu qollarıma götürməyə hazırlaşanda onu şkafın yanından tapdım. O, son zamanlar çox arıqladığı üçün kədərlənirdi. O, həqiqətən də çox arıqlamışdı. Doğrudanmı, o, bizim münasibətlərimizə görə belə əziyyət çəkir? Oğulumuz içəri girib soruşdu ki, atam nə vaxt anamı qollarında aparacaq? Uşaq buna adət etmişdi. Mən eyni ilə, toy günümüzdəki kimi, onun əlindən tutdum. Bu inanılmaz idi: o, yüngülgə boynumu qucaqladı. Məni yeganə narahat edən şey onun çəkisi idi.

Onu döşəmənin üzərinə qoyan kimi açrları götürüb maşına tərəf qaçdım və cəld işə çatmağa tələsdim. Jeyni görən kimi, ona dedim ki, arvadımdan ayrılmaq istəmirəm. Bizim münasibətlərimiz bir-birimizə az diqqət etdiyimizdən soyumuşdu. Jeyn mənə sillə vurdu və göz yaşları içərisində qaçdı.

Başa düşdüm ki, mən tez bir zamanda öz həyat yoldaşımı görmək istəyirəm. Qaçaraq ofisdən çıxdım, yaxınlıqdakı gül mağazasından ən gözəl gül buketini aldım. Satıcı buketin üzərinə hansı sözləri yazdırmaq istədiyimi soruşdu, mən cavab verdim. "Mənim üçün ən böyük xoşbəxtlik ömrümün sonuna qədər səni qollarımda daşımaqdır!"

Ürəyimdə bir rahatlıq, dodağımda təbəssüm evə çatdım, pilləkənlərlə qaçaraq yataq otağına qaçdım. O, yataqda uzanmışdı. O, bu həyatdan köçmüşdü...

Sonralar bildim ki, o, son bir neçə ayda xərçənglə mərdliklə mübarizə aparırdı. O, mənə demək istəməmişdi. Mən özüm də heç nə hiss etməmişdim. Çünki başım Jeynə qarışmışdı.

Mənim həyat yoldaşım inanılmaz dərəcədə müdrik qadın idi. Boşanma zamanı oğlumun gözündə monstra çevrilməyim deyə o, bütün bu "boşanma şərtləri"ni uydurmuşdu. Ümid edirəm ki, mənim hekayəm kimisə ailəsini qorumağa kömək edəcək. İnsanların əksəriyyəti özləri də bilmədən qələbənin bir addımlığında təslim olurlar!

Maud Çalard

Dostlarınla Paylaş

Saytda 220 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024