Qadınlar niyə xəyanət edir?

Qadınlar niyə xəyanət edir?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qadınlar niyə xəyanət edir?

Qadınlar niyə xəyanət edir?
Xəyanət edən təkcə kişilər deyil. Qadınlar da təsəllini başqa qollarda axtaran məxluqlardır. Araşdırmalar zamanı bəlli olub ki, qadınlar bu səbəblərə görə aldadırlar:

Cinsi narazılıq
Qadının kişiyə xəyanət etməsinə səbəb cinsi narazılıq ola bilər. Kişilər kimi qadınlar da intim münasibətlərdə müxtəliflik axtarır. Cinsi əlaqə zamanə yaşanan narazılıq qadına həyatı darıxdırıcı edə bilər. Nəticədə isə o, başqa kişilərlə maraqlanmağa başlayar.

İntiqam
İntiqam qadınları xəyanətə səsləyən hissdir. Məsələn, əgər qadın bilsə ki həyat yoldaşı ona xəyanət edir, o da bunun əvəzini ərindən xəyanətlə çıxmaq istəyəcək. Belə vəziyyəti kişilərin aldatdıqlarına görə onlardan üzr istəməsini belə sakitləşdirə bilməz. Çünki xəyanət qadınların həmişə ağlının bir kənarında ömür boyu qalır.

Həyat yoldaşının ona diqqət göstərməməsi
Qadınlar ərlərinin onlara kompliment, xoş sözlər deməsindən həzz alırlar. Onlar həmişə arzuolunan, sevimli olmaq istəyirlər. Bu, onların intim münasibətlərinə də müsbət təsir göstərir. Amma həyat yoldaşından bu sözləri eşitməyən, diqqət görməyən qadın təsəllini başqa kişilərdə axtarmağa başlayır. Çünki qadınlara xoş söz söyləyən, onların könlünü min yolla əllə keçirmək istəyən kişi təkcə həyat yoldaşları deyildir.

Ərinə qarşı hisslərinin olmaması

Münasibətdə hisslər önəmlidir. Bəzən qadınlar bərabər olduqları kişiləri ən yaxın, doğma hiss edirlər. Ancaq zaman keçdikcə hissləri yavaş-yavaş ölür. Cinsi əlaqə zamanı ona qarşı heç bir hisslərinin olmaması onları xəyanətə səsləyir. Həyat yoldaşlarına deyil, başqa kişilər onları cəlb edir, onları daha cazibədar, seksual hesab edirlər. Qadınlar belələri ilə bərabər olarkən özlərini daha xoşbəxt, incə, sevilən, arzuolunan hiss edirlər.

Araşdırmalar zamanı müəyyən olunub ki, xəyanət heç bir problemi həll etmir. Bəziləri fikirləşir ki, başqa kişilərlə yenidən canlanan qadın hissləri, sevgi həyatlarını daha yaxşı edir.

Amma səhv edirlər. Qadınlar bilməlidir ki, istənilən halda onlar yalnız öz həyat yoldaşları üçün sevimli, cazibədar, seksualdırlar.

Dostlarınla Paylaş

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023