Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Qadınlar üçün emosional yaxınlıq anlayışı
Tərəfmüqabili və ya dostları ilə emosional yaxınlıq qadınlar üçün son dərəcədə əhəmiyyətlidir: bu, harmoniyaya nail olmaq və dunyanı bir növ möcüzə kimi qəbul etməyə imkan verir. Qadın üçün emosional yaxınlığın vacib olduğunu göstərən digər səbəblər də var :
1. Qadınlar təbiətcə kişilərə nisbətən daha emosionaldırlar. Buna görə də onlar üçün emosional əlaqə vacibdir: bu təlabat onların başqalarından diqqət və qayğı görməsi ilə, həmçinin yaxın və ya digər insanların onlar üçün narahat olmaları ilə reallaşır.
2. Kişi ilə münasibətlərdə onlar üçün "şəxsi münasibət" faktoru əsasdır. Yəni kişi ilə üzbəüz ünsiyyətdə qadın özünü daha sevimli və vacib hiss edir. Tərəf müqqabili ilə söhbət, onu yaxından tanımaq, onun tələbatlarını öyrənmək də eyni dərəcədə qadınlar üçün vacibdir. Belə davranşlar inam və sevginin ifadəsi kimi anlaşılır.
3. Amerika psixologiya assosasiyasının təcrübələrinə görə kişilər daha çox həssaslıq və bağlılıq nümayiş etdirsələr, onların əlaqələri daha sabit olar ki, bu da xoşbəxt cütlük olmağa imkan verir. Qaydaya görə, əgər kişilər qadınları emosional cəhətdən əldə saxlamağı bacarırlarsa, qadın nigahda xöşbəxt olur. Kişilər təkcə müsbət emosiyaları deyil, həm də mənfi emosiyaları da idarə etməyi bacarmalıdırlar. Həyəcan və əsab halında qadınları gərginləşdirməməlidirlər.
4. Emosional yaxınlıq həm də inam və anlayış deməkdir. Qadın üçün bəzi hərəkətlərin qarşılığında kişinin nə edəcəyini bilmək vacibdir. Məsələn, əgər o , alış-veriş və ya paltar üçün böyük miqdarda pul xərcləyibsə kişi ona hansı reaksiyanı verəcək. Tərəf müqabilinin hətta ən ağılsız addımlarda belə dost münasibəti göstərməsini qadın anlayış kimi qəbul edəcək. Bu isə evdə psixoloji rahat ab- hava yaradacaq. Yeri gəlmişkən, eyni hallar kişilər üçün qaçılmazdır. Məsələn kişi hərdən öz dostları ilə vaxt keçirib daha çox pul xərcləyən zaman qadın da eyni anlayışı göstərməlidir.
Yadda saxlayın ki, tərəf müqabili ilə münasibətlər zamanı bir-birini dinləmək, qarşılıqlı anlayış göstərmək, bir-birinin arzularını başa düşməyə çalışmaq və həmçinin öz fikirlərini rahat söyləmək vacibdir.