![]() |
Tatli.Biz Əyləncə Portalı |
![]() ![]() ![]() |
Biz qadınların ən çox istifadə etdikləri cümlələri sizə təqdim edirik. Həmçinin məqalədə bu cümlə-suallara sizin verəcəyiniz düzgün və səhv cavabları da qeyd etmişik.
- Sən məni sevirsən?
Bu o deməkdir ki, sən artıq bir neçə dəfə sevgi məsələlərindən yan keçmisən.
Düzgün cavab: "Mənim sənə olan sevgim dünyaya sığışmaz."
Səhv cavab: "Mən ki, sənə bu barədə dəfələrcə demişən, nədi hər dəfə bu sualı verirsən?"
- Salam hardasan?
Səni yoxlayır, dediyin yerdə olub olmadığından əmin olmaq istəyir, üstəlik arxa fonda hər hansı qadın səsinin gəlib gəlmədiyini eşitmək istəyir.
Düzgün cavab: "Salam həyatım işdəyəm (və ya başqa yer), işlərimi görüm səninlə əlaqə saxlayacam, bu günə planımızı danışarıq."
Səhv cavab: "Nədi ki?"
- Mən kök deyiləm?
Bu o deməkdir ki, təriflər yağdırmanın zamanıdır. Kişilər bu məsələdə daha təmkinli olsalar da, qadınlarda görkəm problemləri gündə 2-3 dəfə ortaya çıxır.
Düzgün cavab: "Yox həyatım sən qadınların ən gözəlisən, nəyin kökdü, əksinə olduqca gözəl formadasan"
Səhv cavab: "Əlbəttə arıq sənə demək olmaz, bələdəki bu əsas deyil."
- Mən daha belə davam edə bilmirəm…
Sənin qadının incə hissiyatlıdır. Hər şeyi özünə qarşı bir addım kimi qəbul edir. Səbirli ol və bir gün o sənə uyğunlaşacaq.
Düzgün cavab: "Mən başa düşürəm sənə çətindi, amma sən də uyğunlaşmalısan."
Səhv cavab: "Neynəyim, belədir sənin xoşuva gəldi ya gəlmədi!"
- Nə haqqında düşünürsən?
Qadın özündən əmin deyil və sənin bəlkə də onun haqqında düşündüklərivi bilmək istəyir.
Düzgün cavab: "Gələcəyimizi düşünürəm, səninlə bir ömür boyu xoşbəxtliyimizi düşünürəm sevgilim."
Səhv cavab: "Rahat düşünə də bilmərəm?"
- Harda idin sən?
Sənin mobil telefonuna zəng çatmayıb və artıq qadın beynində min fikir və vəziyyətləri düşünərək, qısqanclığın pik nöqtəsinə gəlib çatıb.
Düzgün cavab: "Həyatım sakitləş, sadəcə telefonuma zəng çatmayıb, sən bilirsən ki, mənə səndən başqa heç kəs lazım deyil."
Səhv cavab: "Sənə hesabat verməliyəm?"
- Sən heçnə görmürsən!
Qadın son günlər sizin istədiklərivizi yerinə yetirir, çalışır vurşur ki, sizin xoşunuza gəlsin. Sizə adi gələn bu işlər, onun üçün önəmli bir addımdır.
Düzgün cavab: "Əlbəttə görürəm, sənin əziyyətin göz qabağındadır."
Səhv cavab: "Nə görəcəm, nəsə var ki?"
- Mən hər şeyi başa düşürəm…
Bu o deməkdir ki, siz artıq birgə yaşamağa alışmısız və bəzi şeylər sizə artıq gəlir. Lakin qadınlar bunları görməyərək, artıq sizin ona soyuduğunuzu, sizin onu sevmədiyinizi düşünür, hətta o "başa düşür" ki, siz sevmədən onunla ailə həyatı qurmusuz.
Düzgün cavab: "Həyatım mən seni sevirəm, belə şeyləri ağlına gətirmə, sadəcə artıq biz bir yerdəyik və bəzi xırda məsələlərə diqqət yetirmək o qədər də vacib deyil."
Səhv cavab: "Sən nə vaxt nəyi başa düşmüsən ki?"