Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Qadınların bu səhvlərini kişilər heç vaxt bağışlamırlar
İnsanlar arasındakı münasibət çox çətin məsələlərdən biridir. Çox təəəssüf ki, çoxları özlərini hər işdə ideal hesab edirlər. Onlar səhvlərini bildirərkən başqalarının fikirlərini dinləmək istəmirlər və yaxud öz tərəf-müqabillərinin hisslərinə hörmətsiz yanaşırlar. Bu isə insanı tamamilə tənhalığa gətirib çıxara bilər. Bəzi qadınlar münasibətlərində və yaxud ailə həyatında bəzi yanlışlıqlar edirlər ki, bu da münasibətlərin pozulması və ayrılıqla nəticələnir.
1. Xəyanət.
Bu kişələrə əsl zərbədir. Güclü cinsin nümayəndələrindən çox az bir qisim belə hərəkəti bağışlaya bilir. Qadını nə qədər sevsələr də, onlar bu hərəkətdən sonra qadından asanlıqla ayrılırlar. Axı bu tərəfdaşının hisslərinə tam etinasızlıqdır. Bundan əlavə, xəyanət kişiləri alçaldır və incidir. Nə qədər qəribə olsa da, güclü cins öz xəyanətinə haqq qazandırır.
2. Müqayisələr aparmaq. Kişilər başqaları ilə müqayisə olunmağa tab gətirmirlər. Bu onların özünü sevmə hissinə zərbədir. Belə qadından kişilər oddan qaçan kimi qaçırlar. Onlar daha çox onları olduğu kimi qəbul edən və tərifləyən qadınların yanında olmağa üstünlük verirlər.
3. Mənfəət güdmək. Kişilər pula görə hər şeyə hazır olan tamahkar qadınları dərhal seçə bilirlər. Onlar həmin qadınlara heç bir sevgi və bağlılıq hiss etmədən, özlərinə lazım olan qədər istifadə edirlər. Əgər belə bir qadına maraq azaldısa, onlar heç nə fikirləşmədən həmin qadını həmişəlik atırlar.
4. Təhqir və tənqidlər. Qadınlar kişilərin həyatında ilham pərisi və ruhlandırıcı rolunu oynamalıdırlar. Bu vəzifənin öhdəsindən gəlməyən və xüsusən də təhqir və acı sözlərə əl atan qadınlarkişilərin həyatında çox qalmırlar. Kişilər həm də onların dostları və qohumlarının acı söz və ifadələrlə müzakirə olunmasına da tab gətirmirlər.
5. Üstünlük. Əgər qadınlar kişilərlə rəqabət aparmağa və onu kiçiltməyə başlayarsa, bu ayrılıqla bitə bilər. Çünki güclü cins onun qürürunu alçaldan belə davranışları bağışlamır.