Qədr gecəsində necə əhya edilir? Peyğəmbərimizin(s) tövsiyyəsi

Qədr gecəsində necə əhya edilir? Peyğəmbərimizin(s) tövsiyyəsi


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qədr gecəsində necə əhya edilir? Peyğəmbərimizin(s) tövsiyyəsi

Qədr gecəsində necə əhya edilir? Peyğəmbərimizin(s) tövsiyyəsi
Min aydan daha xeyirli gecə hesab edilən Qədr Gecəsi, günahların əhvi üçün bir fürsətdir. Sevgili peyğəmbərimiz Qədr Gecələrində aşağıdakı duaları oxumağımızı tövsiyyə edib.

İnsanlara dünya və axirətdə xoşbəxt olmağın yolunu göstərən müqəddəs Qurani-Kərim peyğəmbərimizə(s) Ramazan ayında, Qədr Gecəsində nazil olmağa başlamış, Həzrəti Muhammədə (s) bu gecədə peyğəmbərlik verilmiş və İslam günəşi bu gecədə doğmuşdur. Bu əhəmiyyətli səbəblər Qədr Gecəsinə böyük bir şərəf vermiş, üstün dəyər qazandırmışdır. Qədr Gecəsinin min aydan da xeyirli olduğu Qurani-Kərimdə açıqca bildirilmişdir.

Sevgili Peygəmbərimiz (s) də bu gecənin fəziləti haqqında belə buyurmuşdur:

"Kim ki, fəzilətinə inanaraq və mükafatını Allahdan gözləyərək Qədr Gecəsini ibadətlə keçirirsə keçmiş günahları bağışlanar"

Hz. Aişə bir gün Peygəmbərimizə:

–"Ya Rəsulallah : Qədr Gecəsində necə dua edim??" deye soruşub.

Peygəmbərimiz belə buyurub:

–"De ki: Ya Rəb; sən çox bağışlayansan, bağışlamağı sevərsən, məni bağışla."

Sevgili Peygambərimiz bu duanı Qədr Gecəsində oxumağı tövsiyyə etdiyi dua:

"Allahumme inneke afuvvun kerîmun tuhibbul afve fa’fu annî."

Mənası:

"Allahım, şüphəsiz sən bağışlayansan, ikram sahibisən, bağışlamağı sevirsən, məni bağışla." (Tirmizi, Daavat, 12)

Xüftən namazında Qədr surəsi oxunmalıdır.

Qurani-Kərim oxunmalıdır.

Sədəqə verilməlidir.

Qədr gecəsi namazı 4 rükət olaraq qılınır.

1. Rükətdə: Fatihə ile 3 Qədr surəsi.

2. Rükətdə: Fatihə ile 3 İxlas surəsi

3. Rükətdə: Fatihə ile 3 Qədr surəsi

4. Rükətdə: Fatihə ile 3 İxlas surəsi

İki rükətdə bir Tahiyata oturulur.

Salamdan sonra on bir dəfə

"Allah-u Ekber , Alah-u Ekber, Lailahe illlahu valahu ekber Allah-u Ekber velillahi hamd" deyilir.


Bundan sonra 100 dəfə İşrah surəsi, 100 dəfə Qədr surəsi oxunur.

Qədr Gecəsi namazı iki rükət olaraq qılınır. Bu namaz ən azı iki rükətdir. İstədiyiniz qədər qıla bilərsiniz. Ən çoxu 100 rükətdir.

Hər rükətdə Fatihəa, bir Qədr surəsi, 3 İxlas surəsi oxunur. Hər iki rükətdə bir salam verilir. Hz.Peygəmbərimizə (s) salat-ü salam gətirilir.

Namazdan sonra:

1 dəfə:

"Allâhü ekber. Allâhü ekber. Lâ ilâhe illallâhü vallâhü ekber. Allâhü ekber. Ve lillâhil-hamd"

100 "Elem neşrah leke sadrak…"

100 "İnnâ enzelnâhü fî leyletil-kadr…"

100 dəfə də Resûlullah (s.a.v.) Əfəndimiz’in Həzrət-i Aişə (r.a.) öyrətdiyi bu dua oxunur:

"Allâhümme inneke afüvvün kerîmün tühibbül-afve fa’fü annî" (Allahım, sən çox bağışlayansan, bağışlamağı sevərsən, məni bağışla.)

Qədr Gecəsi Çəkilməsi Gərəkən Təsbihlər

Laihahe illahül hakimül kerimü sübhane rabbis semavati sebği ve rabbi arşil azim.

Hz. Peygəmbər (S.A.V.) buyurdu: "Hər kimsə bu duanı üç dəfə oxuyarsa sanki Qədr Gecəsini dəırk etmiş kimi savaba nail olur."

Lailahe illallah

Kim sədaqətlə, sevgi ilə Qədr Gecəsində bu mübarək kəlməni 3 dəfa söyləyərsə, birincisində Allah Təalanın bağışlanmasına nail olur. İkincisində cəhənnəmdən qurtarır, üçüncüsündə cənnəti qazanmış olur. (Et-tuhfetül marziyye)

Sübhanallahi velhamdülillahi vela ilahe illahu vallahu ekber vela havle vela kuvvete illa billahil aliyil azim.

Allah Təala edilən bütün ibadətlərimizi qəbul etsin, mübarek gecənin hörmətinə Muhamməd Ümmətini bağışlasın, özünə layıq qul sevgisinə layıq ümmət eləsin, bu gece üçin verilən müjdələrə bizləri də nail etsin.

Amin..

Dostlarınla Paylaş

Saytda 144 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024