Qeysəriyyə əməliyyatından sonra normal doğum mümkündürmü? - RİSKLƏR

Qeysəriyyə əməliyyatından sonra normal doğum mümkündürmü? - RİSKLƏR


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qeysəriyyə əməliyyatından sonra normal doğum mümkündürmü? - RİSKLƏR

Qeysəriyyə əməliyyatından sonra normal doğum mümkündürmü? - RİSKLƏR
Qeysəriyyə əməliyyatından sonra normal doğum həyata keçirməkdə tərəddüdlüsünüz? Onda normal doğumun faydaları və qeysəriyyə əməliyyatının riskləri ilə tanış olun:

Normal doğumun faydaları:

1.Normal doğuşdan sonra qarnınızda hər hansı bir kəsik yaranmaz. Yenidən hamilə qalmağı düşünürsünüzsə bu, vacibdir. Çünki qarnınızda nə qədər çok kəsik yaranarsa sonrakı hamiləliklərdə problemlər yaşaya bilərsiniz. Estetik cəhətdən də yeni yara izi daşımayacaqsınız.

2.Əməliyyat qorxuları ilə üzləşməyəcəksiniz.normal doğum etdiyiniz zaman əməliyyatdan yaranan infeksiya, qanama, digər orqanların zərər görməsi kimi risklər azalmış olur.

3.Sağalma müddəti sürətlənir. Vücudunuzun bütünlüyü pozulmadığından sağalma müddəti sürətlənir.

4.Anaların doğuş zamanı və doğuşdan sonrakı enerji səviyyəsi artır. Normal doğum zamanı doğuşu daha aktiv həyata keçirə bilir, doğuşdan sonra körpənizi rahatlıqla qucağınıza alır və əmizdirməyə başlaya bilirsiniz. Qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirmədiyinizə görə evə dönərkən məşğul olmalı olduğunuz bir əməliyyat yarası olmur. Bunun üçün də körpənizlə daha rahat maraqlana bilirsiniz.

5.Normal doğum ailə büdcənizi qoruyaraq daha az qiymətə başa gəlir.

6.Ard-arda qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirmək bir daha doğuş etməyinizi əngəlləyə bilər. Normal doğumun isə bellə bir problemi yoxdur. İstədiyiniz qədər uşaq sahibi ola bilirsiniz.

Qeysəriyyə əməliyyatından sonra normal doğuş həyata keçirməyin riskləri isə bunlardır:

1.Vaginal yırtılma baş verə bilər. Bu proses düşük yaşanması ilə əlaqədar olduğu üçün doğum zamanı ana və uşaq üçün təhlükə yaradır.

2.Qeysəriyyə əməliyyatından sonra normal doğum infeksiya riskini artırır. Əgəe normal doğum istəmiş amma doğa bilməmisiniz və məcbur olaraq qeysəriyyə əməliyyatına müraciət etmisinizsə infeksiya riski ilə qarşılaşa bilərsiniz.

3. Normal doğum qeysəriyyə əməliyyatına çevrilə bilər. Hər 10 qadından 2-4-ü normal doğa bilməyərək qeysəriyyəyə məcbur edilir.

4.Əgər əvvəlki hamiləlikdə qeysəriyyə olmusunuzsa sonra normal doğuş həyata keçirmək istəyirsinizsə doğuş zamanı əvvəlki doğumun yara izi açıla bilər. Bu yara əksər qadınlarda hiss edilməyərək zamanla sağalmağa başlayır.

5.Qeysəriyyə normal doğumdan daha bahalıdır.

Dostlarınla Paylaş

Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023