Qış aylarında hamilə qalan xanımlar üçün məsləhətlər | Tatli.Biz
Qış aylarında hamilə qalan xanımlar üçün məsləhətlər
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qış aylarında hamilə qalan xanımlar üçün məsləhətlər

Qış aylarında hamilə qalan xanımlar üçün məsləhətlər
Hamiləlik dövrü hər bir qadının həyatında olduqca vacib və həssas dövrlərdən biridir.Xüsusəndə qış aylarında hamilə qalmış qadınlar üçün olduqca diqqət tələb edir.

Qış aylarında hamilə qalan xanımlar üçün bir sıra vacib məsləhətlər toplamışıq.

Hamiləlik həssas bir müddət olduğundan hər mövsümdə bəzi çətinliklər yaşadır.
Bu baxımdan aşağıdakılara diqqət etmək lazımdır:
1 - Qış mövsümündə meditasya, yoga və pilates kimi hərəkətlərlə orqanizimi fəallaşdırmaq olar. Həm fiziki, həm zehni rahatlama təmin edən və yüngül sayılan bu tip idmanlar hamilə qadınlara müsbət təsir göstərir.

2 - Qış mövsümünün soyuq və sərt havalarından isinmək üçün sintetik və neylondan hazırlanmayan alt paltarları, şalvarlar seçim edilməlidir. Həmin paltarlar qalın olmalıdır. Əks halda hava almayan bu cür parçalar tərləməklə birlikdə meydana gələn göbələk infeksiyaları yaradır. Həmçinin isti saxlayan yunlu, pambıqlı və yumşaq parçalar seçilməlidir. Hamiləlikdə paltar seçimi həm ananın həm körpənin sağlamlığı üçün əhəmiyyətlidir.

3 - Qış aylarında yağlı yeməklərdən çoxlu istifadə həmin qidalara olan istəyi artırır. Buda bəzi hallarda fast-food yeməklərindən istifadəyə yol açır.
Ləzzətli görünən bu qidalar körpənin sağlamlığı üçün təhlükəlidir. Bundan əlavə artıq çəki probleminə də səbəb olur.

4- Qış mövsümündə qaçınılmaz olan qrip epidemiyalarından qorunmaq üçün bədənin immunitet sistemini qüvvətləndirən, C vitamini ilə zəngin olan tərəvəz və meyvələrdən istifadə etmək olar. Hamiləlik dövründə qripi önləmək üçün xəstə olanlarla yaxın təmasda olmaq lazım deyil.
5 - Məlumata görə gündəlik 20 gr zülal, 20 mgr dəmir və 500 mgr kalsium istifadə edən analar körpələrin inkişafını qorumuş olur.
Çünki, onların inkişafı üçün bitki mənşəli qidalar əhəmiyyətlidir. Heyvani qidalar da təsirlidir.

Dostlarınla Paylaş

Saytda 240 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022