Qış aylarında uşaqların xəstələnməməsi üçün məsləhətlər

Qış aylarında uşaqların xəstələnməməsi üçün məsləhətlər


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qış aylarında uşaqların xəstələnməməsi üçün məsləhətlər

Qış aylarında uşaqların xəstələnməməsi üçün məsləhətlər
Qış aylarında uşaqların xəstələnməməsi üçün məsləhətlər

Öskürək, asqırmaq və burun axıntısı ilə başlayıb qızdırma ilə nəticələnən yuxarı tənəffüs yolu infeksiyası uşaqların qorxulu yuxusudur. Diqqət edilmədiyi təqdirdə uşaqları tez bir zamanda təsiri altına alan bu infeksiyanın sağalması da çox uzun çəkə bilir. Buna görə xəstəliklər yaranmadan onun qarşısını almaq lazımdır. Amma necə?

Qış aylarında uşaqlar bir gün sağlam olursa, iki gün də xəstə olurlar.

Qış ayında uşaqların xəstələnməsini əngəlləyəcək bəzi məsləhətlər təqdim edir.

1. Şəkərli qidalardan uzaq tutun. Bu qidalar mikrobların insan bədənində daha rahat gəzişməsinə zəmin yaradır. Bol tərəvəz və meyvə yedirin. C vitamin qəbulunu artırın.

2. Yuxu normasını tənzimləyin. Sağlam yatmanın çox böyük əhəmiyyəti var. Yaxşı yatan uşağın həm dərs uğuru, həm də xəstəliklərə qarşı müqaviməti yaxşı olur. 8-10 saat yatmasına çalışın.

3. Doğru qidalanma təyin edin. Uşaqlar məktəbdə yoldaşları ilə birgə yemək yeyildiyində daha iştahalı olurlar. Ancaq bu yemək qaydasını evdə də davam etdirmək lazımdır. Səhər yeməyində birgə süfrəyə əyləşin, axşam yeməyində də yenə bir araya gəlin.

4. Vitamin və mineral inyeksiyası edin. İştahası olmayan uşaqlara vitamin və mineral vurdurulması gərəklidir. Obezite uşaqlar üçün isə pəhriz, fitness proqramı təyin edib artıq çəkiləri atmasına kömək etməlisiz.

5. Ağzını bağlamasını öyrədin. Asqıran və öskürən zaman ağzını salfet, ya dəsmalla bağlamasını öyrədin. Ovcunu ağıza dayamaq ağıza hopan mikrobların ətrafa yayılmasına səbəb olar.

6. Əllərini yumasını vərdiş etdirin. Özəlliklə tualetə gedib gələndən sonra əl təmizliyinə nəzarət edin.

7. Nə çox qalın, nə də çox nazik geyindirin. Havalara uyğun geyinmək xəstəliklərdən qorunmaqda böyük əhəmiyyət daşıyır. Yaydan qışa keçərkən yaşanan ani hava dəyişikliyi uşaqların çox tez xəstələnməsinə səbəb olur. Qat-qat geyindirin. Tərli qalmamalarına və üşüməmələrinə diqqət edin.

8.Uşağın olduğu yerlərdə əsla siqaret çəkməyin. Siqaret dumanı uşaqlarda allergik tənəffüs xəstəliklərinə səbəb olur.

Dostlarınla Paylaş

Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024