Qısqanclığın səbəbləri

Qısqanclığın səbəbləri


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qısqanclığın səbəbləri

Qısqanclığın səbəbləri
Sevgi

"Sevirsə, deməli qısqanır" ifadəsinin real həyatla heç bir əlaqəsi yoxdur. Qısqanclıq inamsızlığın və yaxud özününküləşdirməyin ifadəsidir. Təbii ki, bütün insanlar sevdiyi insandan vəfa və sədaqət gözləyirlər. Ancaq bütün insanlar, istər kişi, istərsə də qadın olsun, sevdiyi insanı itirməkdən qorxurlar. Qısqanclıq hardan yaranır. Əgər qısqanclıq özününküləşdirmək, sahib olmaq hissindən yaranırsa burada sevgidən söhbət gedə bilməz. Artıq o, özünü "sahib", qarşısındakını isə "əşya" gözündə görür. Əgər "əşya" buna dözməyib xarakterini göstərirsə ailədə xoşagəlməz hallar yaranmağa başlayır.

Özünə inamsızlıq

Mənəvi cəhətdən möhkəm insan heç vaxt kiçik söhbətlərdən skandal yaratmır. Özünə inanan adam üçün siz həmişə sitayiş və fəxr etdiyi insan olacaqsınız. Belə insan həmişə sizə dəstək olacaq. Amma yadınızda saxlayın ki, o həm də münasibətlərinin qarşılığını tələb edəcək.Özünə inamsız adam isə həmişə hər şeyə şübhə ilə yanaşacaq. Nə qədər sevdiyi adama yararlı olmağa çalışsa da bunu edə bilməyəcək. Qısqanclıq üçün həmişə yeni səbəb tapılacaq.

Tək qalmaq qorxusu

Özünə inamsızlıqdan irəli gəlir. O, sevdiyi insanı itirməkdən çox, tək qalmaqdan qorxur. Həmin insanlara sizin həyatınızda vacib olduğunu anlamaq hava, su kimi lazımdır. Bu cür qısqanc insanı sakitləşdirmək digərlərinə nisbətən asandır: "Sən mənə lazımsan", "Mən sənsiz yaşaya bilmərəm", "Səni sevirəm" kimi ifadələrdən kiməsə lazım olduğunu anlayaraq asanlıqla sakitləşəcəklər.

Həyəcan

Belə insanlar sizə görə narahat olurlar. Onlar hər dəqiqə sizin nə işlə məşğul olduğunuzu, kiminlə olduğunuzu, sizin üçün hər şeyin yaxı olub-olmaması, heç kimin sizə ziyan vurub-vurmaması kimi sualları düşünməklə narahatlıq keçirirlər və sizi axtarmağa başlayırlar. Cavab almayanda isə artıq qısqanclıq başlayır.

Özünü müdafiəyə cəhd

Xəyanət baş verib. Nəinki sizin, hətta sevdiyiniz adam tərəfindən də ola bilər. Bundan sonra nəinki sizin, hətta onun da xəyanət edəcəyi haqda fikirləri düşünərək qısqanmağa başlayırsınız.

Dostlarınla Paylaş

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024