Qız oğlanı sevərsə, ona evlilik təklif edə bilərmi?

Qız oğlanı sevərsə, ona evlilik təklif edə bilərmi?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qız oğlanı sevərsə, ona evlilik təklif edə bilərmi?

Qız oğlanı sevərsə, ona evlilik təklif edə bilərmi?
Sual:

Mənə sizin köməyiniz lazımdır. Mən tamamilə adi bir qızam. Dinə özüm gəlmişəm. Dəqiq desəm, Tanrı mənə mərhəmət edib və həyatda düzgün yolu göstərib. Mən oruc tutmağa başladım, namaz qılıram, məscidə gedirəm, Quran oxuyuram. Hardasa bir ay əvvəl mən təsadüfən bir oğlanla tanış oldum. O müsəlmandır, gündə 5 rükət namaz qılır, mənəvi inkişafına görə o, məni üstələyir.Əsl müsəlman kimi o, artıq hərəkət etmir, biz sosial şəbəkədə yazışmırıq, telefonla danışmırıq. Mənim ondan çox xoşum gəlir. Mən həmişə beləsi ilə ailə qurmağı arzulamışam.

O, mənə həyatda çox şey öyrədib, düşünürəm ki, mən onun həyatı yoldaşı olmağa hazıram. Əvvəllər mən bu haqda fikirləşmirdim, ancaq indi mənim üçün əsas evlənəcəyim adamın imanlı olması vacibdir. Mən Allaha xatir düzgün ailə qurmaq istəyirəm. Ancaq mənim əsas problemim odur ki, nə edəcəyimi bilmirəm. Mən oğlanlarla münasibət qurmuram, əgər qursam belə indi hansı oğlan Şəriətin qanunlarına əməl edir ki...

Həmin oğlanla isə mən necə ünsiyyət quracağımı bilmirəm. Görəsən, qız oğlana deyə bilərmi ki, "Sən mənim xoşuma gəlirsən, mən sənin həyat yoldaşın olmaq istəyirəm". Həmin oğlana baxanda mənim oxumaq, öyrənmək istəyim artır, istəyirəm ki, inkişaf edib onun dəyərlərinə çata bilim. Mənim sualım bundan ibarətdir. Sualıma cavab versəniz sizə minnətdar olaram.

Cavab:

Mərhəmətli və Rəhmli Allaha şükürlər olsun!

Sizə məhrəm olan insanlardan (ata, doğma qardaş) xahiş edə bilərsiniz ki, həmin oğlanının sizə olan planaları ilə maraqlansınlar. Əgər o, sizinlə evlənmək istədiyini desə, onunla evlənə bilərsiniz. Əgər o, bildirsə ki, sizinlə evlənmək niyyətində deyil, onda onunla ünsiyyəti kəsin. Nigah məqsədi ilə sizinlə ünsiyyət sizə məhrəm olan insanların yanında olmalıdır. Belə halda sizə bir-birinizi görməyə və söhbət etməyə icazə verilir. Telefon zəngləri və sms göndərilməsi istisna edilir, çünki onlar günaha şirnikləndirə bilər.

Əgər bu gənc oğlan sizinlə maraqlanırsa, onda o, sizinlə evlənəcək. Günahdan yayınmaq üçün də nigahı çox gözlətməyin.

Şəriət, elə sağlam düşüncəli insanlar üçün qaydadır, hansı ki, nigaha qədər intim yaxınlığı qəbul etmir. Ona görə də özünüzü toya qədər gənc oğlanla necə aparacağınızı düşünün. Nigaha qədər İslamın sizə icazə verdiyi qədər bir-birinizi öyrənməyə çalışın, bir yerdə olub, ola bilməyəcəyinizi əvvəlcədən anlayın. Ondan dərhal ailə həyatını necə planlaşdıracağını soruşun. Nigahdan sonra necə geyinəcəyinizi, sonradan sizə işləməyə icazə verəcəyini, tez-tez qohumlarınızı və rəfiqələrinizi ziyarət edə biləcəyinizi və s. sualların cavablarını əvvəlcədən öyrənin.

Mən sizə mömin bir adamla ailə qurub, hər iki dünyada xöşbəxt olmağınızı arzulayıram. İnşaallah.

Aləmlərin rəbbinə həmd olsun!

Elvira Sadrutdinova

Dostlarınla Paylaş

Saytda 386 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024