Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?
Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri hisslərini içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stresli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər. Bu zaman xüsusilə valideynlərin üzərinə düşən vəzifə lazım gəldikdə uşağa psixoloji dəstək verməkdir.
Mütəxəssislər bildirirlər ki, daimi qorxu və xroniki narahatlığa səbəb olan şərtlərə erkən məruz qalma beyin arxitekturasının inkişafına mane olur. Təəssüf ki, bir çox uşaqlar belə şəraitə məruz qalırlar. Bu şərtlərdən bəziləri bir dəfə baş verən hadisə olsa da, digərləri zamanla təkrarlanan və ya davamlıdır və bütün bunlar uşaqların necə öyrənməsinə, problemləri həll etməsinə və digər insanlarla münasibətinə təsir edə bilər.
Uşaq və Yeniyetmə Psixiatriya Mütəxəssisi  İşık Karakaya  qorxu və narahatlığın uşağın beyninə necə təsir etməsindən danışıb.
Mütəxəssisin sözlərinə görə, beyinin düzgün inkişafı baxımından uşağın doğulduğu gündən ilk üç ili əhəmiyyətli rol oynayır.
"Beyin inkişafı yetkinliyə qədər davam etsə də, xüsusilə ilk üç ilin çox kritik olduğu qəbul edilir. Ona görə də bu dövrlərdə və sonra körpəyə uyğun mühit və təcrübələr təmin etmək beyin inkişafı və yetkinləşməsi üçün çox vacibdir",- deyə İşık Karakaya vurğulayıb.
Ekspertin sözlərinə görə, ətraf mühit amili də uşaqda qorxu və narahatlıq yaradır. Bu da bəzi beyin funksiyalarının pozulmasına səbəb olur.
"Travmatik yaşantıların bu mənfi təsirlərinə baxmayaraq, beynin sinirləri tənzimləmə və ya yeni əlaqə yaratma qabiliyyətinə görə "neyroplastiklik" adı verilən güc sayəsində erkən dövrdə uşağa uyğun mühit və təcrübələr təmin olunarsa, ailə,müəllimlər tərəfindən müvafiq müdaxilələr bir çox itirilmiş bacarıqları bərpa edə bilər. Neyroplastikliyi beynin özünü bərpa etmək qabiliyyəti kimi də xarakterizə etmək olar".
Karakaya uşaqların sağlam fərd ola bilməsi üçün lazım olduqda dəstək almağın vacibliyini da vurğulayıb.
"Uşaqlar mənfi həyat hadisələri ilə qarşılaşırlarsa, psixoloji travmalar yaşayıblarsa, mütləq zamanında onlara fiziki, mənəvi, sosial və emosional ehtiyacları baxımından mütəxəssisə yönəldilməli və dəstək görməlidir. Bu yolla onlar sağlam insanlar kimi həyatlarını davam etdirə biləcəklər".
Zeynəb Müzəffərli

Dostlarınla Paylaş

Saytda 215 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024