Saç yemək, dodaq dişləmək, barmaqla oynamaq…- Valideynə məsləhət

Saç yemək, dodaq dişləmək, barmaqla oynamaq…- Valideynə məsləhət


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Saç yemək, dodaq dişləmək, barmaqla oynamaq…- Valideynə məsləhət

Saç yemək, dodaq dişləmək, barmaqla oynamaq…- Valideynə məsləhət
Uşaqlarda valideynləri narahat edən bir neçə vərdiş var. Məsələn, barmaqla oynamaq, saç yemək, dodaqları dişləmək, dırnaq yemə, boğaz təmizləmək, barmaq sourmaq və.s. Bütün bunlar sadəcə bir vərdiş deyil.

Uşaqlarda bu tip obesif hərəkətlər varsa, valideynlər bundan narahat olmalıdır. Bu uşaqların psixoloji vəziyyətindəki gərginlik, narahatçılıqdan olmasından xəbər verir. Adətən ata-ana övladının yanında mübahisə edəndə, sevdiyi heyvan vəfat edərsə, ata-ana ayrılarsa uşaqlar daxili gərginliklərini bu cür ifadə edirlər.

Bu vərdişlərə görə uşağı cəzalandırmaq doğru qərar deyil. Stressin səbəbini bilib, onu aradan qaldırmaq lazımdır. Bunun üçün ilk olaraq uşaqla söhbət edilməli, vaxtlı-vaxtında yuxu rejiminə nəzarət olunmalı, günlük rutinlər edilməlidir. Məsələn, övladınızla açıq havada gəzə bilər, onunla birlikdə kitab oxuyub, oyunlar oynamaqla bu kimi vərdişi aradan qaldırmağa cəhd edə bilərsiniz.

Qeyd edək ki, uşaq 24 ay ərzində stressi bu cür göstərir. Valideynlər psixoloqdan dəstək almazsa, gələcəkdə daha riskli vəziyyət yarana bilər.

Dostlarınla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023