Seks bizə nəyə görə lazımdır? | Tatli.Biz
Seks bizə nəyə görə lazımdır?
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Seks bizə nəyə görə lazımdır?

Seks bizə nəyə görə lazımdır?
Seks bizə nəyə görə lazımdır? İlk ağlınıza gələn yəqin ki, "orqazm üçün" cavabıdır. Ya da ki, "hamilə qalmaq üçün". Çox az insan məhz motivasiya üçün sekslə məşğul olur. İnsanlığın əksəriyyəti artıq uzun müddətdir ki, problemin yükündən xilas olmaq üçün seksi xoş və ucuz üsul kimi istifadə edirlər.

Qalıcı bir depresiyyadasız və hər kəs sizi qıcıqlandırır!

Və buna görə seks zamanı əhvalınız anında yaxşılaşır. Seks zamanı insanın əhvalını yüksəldən endorfin hormonu ifraz olunur. Hər dəfə yaşanan keyfiyyətli seks zamanı əhvalınız yaxşılaşır və buna görə heç nə etməyinizə ehtiyac yoxdur. Sadəcə rahat olun və zövq alın.

Həmişə haranızsa ağrayır

Seks zamanı oksitosin adlanan hormon ifraz olunur və bu hormon ağrı sakitləşdirən endorfinin təsiri altında formalaşır. Qadınlarda isə esterogen hormonun ifrazına kömək edir. Seks yaxşı ağrı sakitləşdiricidir.

Çəkinizdən razı deyilsiz, həmişə pəhrizə oturursuz, ancaq bu, yenə də arıqlamanıza kömək etmir

Çarpayı ən yaxşı idmandır. 30 dəqiqəlik seks zamanı 200 kalori itirmiş olsanız, bir ay ərzində nələrə nail ola bilərsiz?! Bir düşünün.

Bütün viruslara asanlıqla yoluxursuz

İmmunitetinizi seksin köməyi ilə gücləndirin. Müntəzəm olaraq sekslə məşğul olan insanların qanında çoxlu antitellər olur. Buna görə bü cütlüklər qrip və digər infeksiyalara çətinliklə yoluxurlar.

Sinənizin ölçüsü sizi qane etmir

Müntəzəm seks sinəni gözəlləşdirir. Bu, faktdır. Ehtiras zamanı qan dövranı sürətlənir və sinə 25 faiz böyüyə bilər.

Yaddaşınız sizi tez-tez pis vəziyyətdə qoyur, məlumatları çox çətinliklə mənimsəyirsiz

Buna inanmaq çətin olsa da, qadın hər yaşadığı orqazmla öz İQ-ünü artırır. Seks zamanı qan dövranı sürətli inkişaf edir və eyni zamanda insan beyni də qanla yaxşı qidalanır.

Yuxusuzluqdan əziyyət çəkirsiz

Amma orqazmdan sonra necə şirin yatmaq olur, elə deyilmi? Çünki seks zamanı ifraz edilən oksitosin çox yaxşı sakitləşdirici təsir edir.

Dərinizin tonu sizi qane etmir

Seks zamanı bədənin bütün əzələləri hərəkət edir. Duruş pozğunluğu düzəlir. Əgər arıqsız, ancaq qarnınız varsa, nə etməli olduğunuzu bilirsiz artıq.

Qocalıq əlamətlərini böyük kabus kimi qəbul edirsiz

Müntəzəm seks zamanı xüsusən qadınlarda ifraz edilən kollagen dərinin daha hamar və ipək kimi olmasına kömək edir. İfraz olunan progesteron isə dərini sızanaqlardan təmizləyir. Həftədə ən az üç dəfə sekslə məşğul olan cütlükərin 30 yaşından sonra yaşından 2-3 il daha cavan göründüyü deyilir.

Həmişə özünüzdən narazısız

Hər gözəl görünən, xüsusən sizinlə yaşıd olan qızlar sizdə qıcıq oyadır, modellərin fotoları isə sizin bütün əhvalınızı korlayır. Yalnız ehtiraslı seks bu xəstəlikdən sizi xilas edə bilər. Sevdiyiniz kişi sizə dünyanın ən gözəlisən deyirsə və sizi arzulayırsa, özünüzü sevib qiymətləndirin.

Dostlarınla Paylaş

Saytda 119 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022