Seks olmadan uşaq dünyaya gətirən qadınlar

Seks olmadan uşaq dünyaya gətirən qadınlar


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Seks olmadan uşaq dünyaya gətirən qadınlar

Seks olmadan uşaq dünyaya gətirən qadınlar
Dünyada süni mayalanma vasitəsilə - kişilərin iştirakı və seks olmadan hamilə qalan qadınların sayı artır. Bir neçə əsr bundan əvvəl bu Allahın işinə qarışmaq kimi qəbul edilirdisə, indi bu üsul İVF - orqanizmdən kənar mayalandırma adlanır.

Baxmayaraq ki, bu üsul uşaqsız cütlüklərin problemlərini həll edir, son vaxtlar bir çox tənha qadınlar, o cümlədən gənc qızlar da bu addımı atmağa cəsarət ediblər. Bəziləri arzuladığı adamı gözləyə bilmir, amma artıq ana olmaq istəyirlər. Digərləri psixoseksual pozğunluqlar səbəbindən sekslə məşğul olmaq istəmirlər.

Çoxları uşaqların tam ailələrdə böyüməsinin tərafdrı olsalar da, həkimlər əksər tək anaların bəzi ailə cütlüklərinə nisbətən maddi və emosional baxımdan daha stabil olduqlarını vurğulayırlar.

Yeri gəlmişkən İVF (ЭКО) ana olmaq istəyən, lakin dini baxımdan icazə verilməyən cinsi əlaqə ilə özünü ləkələmək istəməyən qadınlar üçün çıxış yolu olub.

Araşdırmaya görə 2013-cü ildə hər 200 amerikalı hamilə qadından biri seks olmadan hamilə qalıb. Onlardan 31 % ismətli olmaqları barədə and içdiklərini, 28%-i isə valideynlərinin onlara seks və kontrasepsiya haqqında danışmadıqlarını bildiriblər.

Dostlarınla Paylaş

Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023