Seks zamanı kişilər nədən utanır?

Seks zamanı kişilər nədən utanır?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Seks zamanı kişilər nədən utanır?

Seks zamanı kişilər nədən utanır?
Cinsi problemlər arasında kişilərin erkən boşalmaları hallarına tez-tez rast gəlinir. Bu isə qadın və kişi münasibətlərində kişinin utanması və aşağılanması hissinin yaranmasına səbəb olur. Bu, çox zaman müzakirə edilməyən və gizlədilən cinsi problemdir. Əlbəttə ki, öz cinsi həyatına yad davranan bir insan digərinin cinsəlliyindən də uzaq olur. Kişilərdə erkən boşalma problemi öz həzzindən çox qadının alacağı həzzə yönələ biləcəyi üçün uğurlu olma qayğısı qadının cinsi doyumuna bağlıdır. Bu halda kişi orqazma çatdıra bilmədiyini düşündüyü qadına qarşı gücsüz, uğursuz və bacarıqsız kimi mənfi hisslərə qapıla bilər. Çox zaman evlilik və münasibət problemləri, gərginlik yaradan mübahisələrin sonu yaxşı cinsi münasibətlə nəticələnə bilər. Lakin bu cinsi münasibət erkən boşalma ilə nəticələndikdə gərginlik daha çox artır.
Aile.lent.az türkiyəli mütəxəssislərin bununla bağlı fikirlərini təqdim edir.

Erkən boşalma cinsi münasibətə fikri dəyişir

Cinsi münasibət öpüşmə, oxşama, sığallanma, qucaqlaşma, oral seks və cinsi birləşmə kimi erotik davranışların toplusudur. Xüsusən də qadınlar üçün toxunmaqdan ibarət olan təmas həssas və emosional əlaqələrin qurulması üçün dəyərli olma, sevilmə və önəmsəmə kimi yaxınlıq əlaqəsidir. Cinsi münasibətdə ön sevişmə bədənlərin yaxınlaşması olaraq sevgi dili hesab edilir və bəyənilmə hissi yaşadır. Erkən boşalma problemi olan kişilər isə ön sevişmənin boşalma müddətinə mənfi təsir edəcəyini düşünürək ondan qaçırlar. Bu halda emosional doyumu yaşamayan qadında həm psixoloji, həm də fizioloji olaraq vaginal islanma baş vermir və onun cinsi əlaqəyə girmə hazırlığına mane olur. Bunun nəticəsində qadında quru vaginal cinsi əlaqə yaranır və ağrı hissi ilə cinsi istəksizlik, cinsi münasibətdən qaçmaq, bezmək halları baş verir.

Qadının cinsi doyum baxımından özü və tərəf müqabili üçün göstərəcəyi cinsi performans vaxtından tez bitəndə cinsi münasibət zövqsüz, təktərəfli bir münasibətə çevrilir. Öz cinsəlliyini ön planda tuturmuş kimi görünən kişi qadın tərəfindən bivec kimi görünür. Cinsəllik baxımından bədəninin sui-istifadə edildiyini düşünən qadın dəyərsizlik hissi yaşayır. Öz cinsəlliyini fantanstik formada dinamik tutmaq istəyən qadın bu problem ucbatından öz istəklərini heç zaman reallaşdıra bilmir.

Erkən boşalma ilə bağlı bəzi yanlış fikirlər də var. Məsələn:
Cinsi münasibət cinsi birləşmə deməkdir. Dolayısı ilə, cinsi birləşmə orqazm və həzz deməkdir.
Əgər qadın orqazm olmursa, bu, onun problemidir.
Tərəf müqabili olan kişiyə orqazm yaşadan qadın uğurlu hesab edilir. Dolayısı ilə cinsi münasibətdə uğur orqazm deməkdir.
Bir kişi erkən boşalırsa, bu, qadından çox təsirləndiyi üçündür. Yəni qadın bununla öyünsün, daha nə istəyir ki?
Qadının cinsi həyatının mənası kişiyə xidmət etməkdir. Bu halda qadın orqazmı, doyumunu gözləmək lazım deyil.
Qadın toxum atılan tarla kimidir. Əgər toxum inkişaf etmirsə, bu, toxumun yaxşı sulanmadığı üçün yox, tarlanın məhsuldar olmaması ilə bağlıdır. Dolayısı ilə, qadın aza qane olmalıdır.
Qadın kişini sevirsə, cinsi münasibəti problem etməməlidir. Belə bir gözləntisi olan qadın cinsi münasibət düşkünü hesab edilir. Bu isə cəmiyyətdə yaxşı qarşılanmır.

Erkən boşalma ciddi münasibət problemidir. Bu problemin arxasında bir çox başqa problemlər də dayana bilər. Ona görə də erkən boşalma halları ilə qarşılaşdıqda utanıb çəkinmədən mütəxəssisə müraciət etmək lazımdır.
lent.az

Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023